13
Şüşəyə kobalt və manqan peroksid birləşməsini daxil etdikdə al qırmızı,
bənövşəyi və qara rəngli şüşə alınır.
Manqan peroksidi natrium-kalsium şüşəsini qırmızımtıl
bənövşəyi rəngə,
dəmirlə birlikdə narıncı və qırmızımtıl qəhvəyi rəngə boyayır. Manqan peroksidi
və xrompik əlavə etməklə qara şüşə alınır. Manqan oksidi şüşəyə bənövşəyi rəng
verir və s.
Ən ağır dərəcədə oksidləşmiş nikel kalium-kalsium şüşəsini qırmızımtıl-
bənövşəyi rəngə, natrium-kalsium şüşəsini qəhvəyi çalarlı
bənövşəyi rəngə
boyayır.
Mis oksidi şüşəyə mavi, yaxud yaşıl, xrom oksidi yaşıl rəng verir. Şüşə
kütləsinin tərkibində kalium sulfid,
dəmir sulfid, uran oksidi daxil etməklə sarı
rəng alına bilər. Müxtəlif boyaqların kombinələşdirilməsində müxtəlif rəng və
çalarlıqlı şüşə alınır. Sarı və qırmızı boyaqları qarışdırmaqla narıncı və qəhvəyi
rəngli şüşə alınır.
Dostları ilə paylaş: