15
Şüşənin əridilməsi. Şüşənin əridilməsini aşağıdakı
əsas mərhələlərə
ayırmaq olar:
1. Silikatın əmələ gəlməsi;
2. Şüşənin əmələ gəlməsi;
3.
Şəffaflaşdırma, durulaşdırma;
4. Homogenləşmə;
5. Soyutma.
Silikatın əmələ gəlməsi. Bu mərhələdə rütubət, su ayrılır, qızdırma davam
etdikcə bərk vəziyyətdə ikiqat natrium-kalsium karbonat əmələ gəlir. 600
0
C-də
turşulu qaz ayrılmağa başlayır. 830
0
C qızdırdıqda ikiqat karbonatın silikatla
qarşılıqlı təsiri nəticəsində karbon turşulu qaz ayrılır, şüşəni köpükləndirir və bu
əriməyə daha aktiv təsir edir.
Şüşənin əmələ gəlməsi temperaturun artması
nəticəsində qum dənələri və
silikatlar əriməyə başlayır. Şüşə kütləsi daha şəffaf və hərəkətli olur, lakin onda
hələ çoxlu qaz və bərk hissəciklər olur. Şüşə 1150-1500
0
C
temperaturda əmələ
gəlir və bu silikat əmələ gəlməsindən diffuziya prosesinin böyük intensivliyi ilə
fərqlənir.
Şəffaflaşdırma. Bu mərhələdə şüşə kütləsi qaz və hava qabarcıqlarından
azad olur. O, keyfiyyətli şüşə kütləsi almaq üçün daha mürəkkəb və lazımlı
mərhələdir. Şəffaflaşdırma 1400-1500
0
C temperaturda aparılır. Şəffaflaşdırma
nəticəsində şüşə kütləsi şəffaf və bircinsli olur.
Homogenləşmə
tam
ərimə
temperaturunda,
şüşə
kütləsinin
şəffaflaşdırılması ilə eyni zamanda aparılır. Bunun üçün şüşə kütləsi sakit
vəziyyətdə saxlanılır, kimyəvi tərkibi ilə bərabərləşdirilir
və şüşə kütləsi dammar
nöqsanından azad edilir.
Soyutma mərhələsinədə ərimiş şüşə kütləsinin temperaturu 200-300
0
C aşağı
düşür. Bu temperaturda şüşə kütləsi məmulat istehsalı üçün hazır olur.