Isco 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix26.12.2022
ölçüsü0,71 Mb.
#121821
  1   2   3   4   5   6   7   8   9   ...   15
2114-4-00020-01 Geologist az



“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 
 
 
 
 
 
 
 
Nümunəvi peşə standartı 
Peşə standartı üzrə qiymətləndirmə nümunəsi 
Müəssisələr üçün nümunəvi təlim standartı
 
Geoloq 
İngilis dilində adı: Geologist
 
 
N: 2114-4-00020-01 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata 
keçirdiyi “Sosial Müdafiənin İnkişafı” layihəsinin “ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və 
əlaqədar təlim standartlarının hazırlanması” tapşırığı çərçivəsində “GOPA Consultants” və “SEFT Consulting” 
tərəfindən hazırlanmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı
İyun, 2012-ci il 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 

İSTİFADƏ OLUNAN ANLAYIŞLAR 
Bacarıq 
Verilmiş iş üzrə vəzifə və fəaliyyətləri yerinə yetirmək qabiliyyətidir. 
Bacarıq səviyyəsi 
Həyata keçirilən fəaliyyətlərin əhatəliliyi və mürəkkəbliyi ilə müəyyən 
olunur, burada fəaliyyətlərin mürəkkəbliyi əhatə üzərində üstünlüyə 
malikdir. Hər bir bacarıq səviyyəsi üzrə müvafiq bilik səviyyəsi tələb olunur. 
ISCO-da, eləcə də Məşğulluq Təsnifatında aşağıdakı dörd geniş bacarıq 
səviyyəsi müəyyən edilir: 
Birinci bacarıq səviyyəsi 
Birinci bacarıq səviyyəsi üzrə peşələr sadə və dövri fiziki fəaliyyətlərin 
yerinə yetirilməsini zəruri edir. Bundan əlavə, birinci bacarıq səviyyəsində 
bir çox peşələr fiziki güc və dözümlülük tələb etdiyi halda, əksəriyyətində 
sadə yazıb-oxuma və rəqəmlərlə işləmə bacarığı tələb olunur. Bu bacarıqlara 
ehtiyac duyulduğu halda belə, onlar işin əsas hissəsini təşkil etmir.
Birinci bacarıq səviyyəsinə daxil olan bəzi peşələrdə səriştəli fəaliyyət üçün 
ibtidai təhsili və ya əsas təhsilin birinci mərhələsini başa vurmaq (ISCED üzrə 
1-ci səviyyə) tələb oluna bilər. Bəzi işlər üçün isə iş yerlərində qısamüddətli 
təlimlər tələb oluna bilər. 
Birinci bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələr ixtisası olmayan işçi 
qüvvəsini əhatə edir.
İkinci bacarıq səviyyəsi 
İkinci bacarıq səviyyəsi üzrə bütün peşələrdə səriştəli fəaliyyət üçün tələb 
olunan bilik və bacarıqlar, adətən, ümumi orta təhsilin birinci mərhələsini 
başa vurmaqla (ISCED üzrə 2-ci səviyyə) əldə olunur. Bəzi peşələrdə ümumi 
orta təhsilin ikinci mərhələsini bitirmək zəruri hesab olunur (ISCED üzrə 3-
cü səviyyə) ki, bura ixtisaslaşmış peşə təhsili və iş yerlərində həyata keçirilən 
təlim də daxil ola bilər. Müəyyən peşələr ümumi orta təhsili bitirdikdən 
sonra ilk peşə-iхtisas təhsili almağı (ISCED üzrə 4-cü səviyyə) tələb edir. Bəzi 
hallarda isə iş təcrübəsi və iş yerlərində həyata keçirilən təlim formal təhsili 
əvəz edə bilər. 
İkinci bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələrə ixtisaslı işçilər 
daxildir.
Üçüncü bacarıq səviyyəsi 
Üçüncü bacarıq səviyyəsindəki peşələr, adətən, ixtisaslaşmış sahə üzrə geniş 
praktiki, texniki və metodoloji biliklər tələb edən mürəkkəb texniki və 
praktiki fəaliyyətlərin yerinə yetirilməsini əhatə edir. Bu bacarıq səviyyəsi 
üzrə peşələr, ümumiyyətlə, yüksək səviyyədə yazıb-oxuma və rəqəmlərlə 
işləmə bacarığı, eləcə də inkişaf etmiş ünsiyyət bacarığı tələb edir. 
Üçüncü bacarıq səviyyəsi üzrə tələb olunan bilik və bacarıqlar, adətən, 
ümumi orta təhsil bazasına əsaslanan təhsil müsəssisələrində 1-3 illik təhsil 
vasitəsi ilə əldə olunur (ISCED üzrə 5b səviyyəsi). Azərbaycanda bu bacarıq 
səviyyəsinə uyğun təhsil adətən orta ixtisas təhsili müəssisələrində 
(kolleclər) verilir. Bəzi hallarda müvafiq sahə üzrə geniş iş təcrübəsi və iş 
yerlərində həyata keçirilən uzunmüddətli təlim formal təhsili əvəz edə bilər. 
Üçüncü bacarıq səviyyəsi üzrə təsnifatlaşdırılan peşələr əsasən texniki 
işçiləri əhatə edir. 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin