Isco 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix26.12.2022
ölçüsü0,71 Mb.
#121821
1   2   3   4   5   6   7   8   9   ...   15
2114-4-00020-01 Geologist az

Peşə standartı 
Təlim standartı 
Qiymətləndirmə 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 

Peşələrin Beynəlxalq 
Standart Təsnifatı 
(ISCO)
Beynəlxalq Əmək Təşkilatının (BƏT) məsul olduğu əsas beynəlxalq 
təsnifatlardan biri olmaqla, beynəlxalq iqtisadi və sosial təsnifat qrupuna 
daxildir. 
ISCO iş prosesində qarşıya qoyulan vəzifə və fəaliyyətlərə müvafiq şəkildə 
müəyyən edilmiş qruplara uyğun olaraq işlərin təşkilində vasitə rolunu 
oynayır. Onun əsas vəzifələri aşağıdakıları təmin etməkdən ibarətdir:
• Peşələrə dair statistik və inzibati məlumatların beynəlxalq hesabatını, 
müqayisəsini və mübadiləsini həyata keçirmək üçün baza rolunu 
oynamaq; 
• Peşələrin milli və regional təsnifatlarının hazırlanması üçün model 
rolunu oynamaq; 
• Bilavasitə özlərinin milli təsnifatını hazırlamayan ölkələrdə tətbiq oluna 
biləcək sistem rolunu oynamaq. 
O, statistik və müştəri yönümlü proqramlar üçün nəzərdə tutulmuşdur. 
Müştəri yönümlü proqramlara iş axtaranların iş yerlərinə yönəldilməsi, 
ölkələr arasında işçilərin qısa və uzunmüddətli miqrasiyasının idarə 
edilməsi, peşə təlimi proqramları və təlimatlarının hazırlanması daxildir. 
ISCO-nun ilk versiyası 1957-ci ildə qəbul edilmiş, daha sonra isə ISCO-68, 
ISCO-88 və hazırkı ISCO-08 versiyaları hazırlanmışdır. 
Səriştə 
Müvafiq əmək fəaliyyətini həyata keçirə bilmək üçün lazımi səviyyədə bilik, 
bacarıq, yanaşma və davranışa malik olmaqdır. 
İş kontekstində istifadə olunan “Səriştə” anlayışı iş yerində tətbiq olunan 
bacarıqları əks etdirir. Səriştə şəxs nəyi bilir (bilik), nəyi bacarır (bacarıq), 
nəyi etmək istəyir (yanaşma) və bunu necə edir (davranış) məhfumlarının 
birləşməsinin nəticəsidir. Beləliklə, səriştə işi yerinə yetirmək üçün lazım 
olan texniki peşə elementləri, ümumi şəxsi xüsusiyyətlər və istəklərin 
birləşməsidir. 
Səriştələr həmçinin işçinin fəaliyyətinin qiymətləndirilməsi üçün baza rolunu 
oynayır. 
Təhsilin Beynəlxalq 
Standart Təsnifatı 
(ISCED) 
1970-ci illərin əvvəllərində UNESCO tərəfindən həm ayrı-ayrı ölkələrdə, həm 
də beynəlxalq səviyyədə təhsilə dair statistik məlumatların əldə olunması, 
toplanması və təqdim olunmasına xidmət edən bir vasitə kimi 
hazırlanmışdır. ISCED 1975-ci ildə Cenevrədə keçirilən Təhsilə dair 
Beynəlxalq Konfransda qəbul edilmiş və daha sonra 1978-ci ildə Parisdə 
keçirilən UNESCO-nun Ümumi Konfransında qüvvəyə minmişdir. Hazırda 
istifadə edilən təsnifat ISCED 2011-dir. 
Təlim standartı 
İş yerində vəzifə və fəaliyyətlərin yerinə yetirilməsi üçün zəruri səriştələri 
(bilik, bacarıqyanaşmaları, həmçinin əlavə ümumi səriştələri) təsvir edir. 
Bu səbəbdən, onlar fəaliyyət meyarları hesab edilir və aşağıdakı hallarda 
istifadə olunur: 
• 
istehsaldan ayrılmadan peşə təlimlərinin hazırlanması; 
• 
istifadəyə yararlı səriştələrin inkişaf etdirilməsi və təmin olunması üçün 
təlim institutları ilə müəssisələr arasında əlaqə; 
• 
peşə təlimləri üçün təhsil standartları və kurikulumların hazırlanması. 
Vəzifə 
İşin icrası üçün zəruri olan fəaliyyətləri əhatə edir. 


“ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması” 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin