94
Azərbaycan Respublikasının Nazirlər Kabineti
İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində
sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak
olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi
qaydalarının, şərtlərinin və məbləğinin təsdiq
edilməsi haqqında
Qərar № 3
Bakı şəhəri, 9 yanvar 2003-cü il
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu
maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikası-
nın Nazirlər Kabineti
qərara alır:
1. «İstehsalat qəzası və yaxud
peşə xəstəliyi nəticəsində
sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş
işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və
məbləği» təsdiq edilsin (əlavə olunur).
2. «Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, pe-
şə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak
olmuş işçilərin
ailələrinə müəssisələr, idarələr,
təşkilatlar tərə-
findən zərərin ödənilməsi Qaydaları haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24
sentyabr ta-
rixli, 129 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Dostları ilə paylaş: