1969-cu il Vyana konvensiyasının 7-ci maddəsinə görə beynəlxaq təşkilatı təmsil edən şəxsə vəkalət tələb olunmur. Beynəlxalq müqavilənin mətninin tərtib olunması və qəbulu aşağıdakı üç formadan biri
vasitəsilə həyata keçirilir:
1) Adi diplomatik kanallar- əsasən 2 tərəfli beynəlxalq müqavilə imzalanır. Danışıqlar
şifahi və yazılı ola bilir.
2) Beynəlxalq konfranslar - Bu üsul çoxtərəfli beynəlxalq müqavilədə çağırılır. 1882
Dəniz hüququ ilə bağlı konfrans və s. Konfrans keçirilmədən öncə xüsusi reqlament qaydası tərtib
olunur.
3) Beynəlxalq təşkilatlar - konfransla oxşardır. BMT çərçivəsində, Baş assambleya
çərçivəsində və s.
Mətnin qəbulu yekdillik prinsipi ilə qəbul olunurdu amma indi elə deyil. 1969-cu il
konvensiyası 2/3 səs çoxluğu ilə müqavilə mətnini qəbul edirlər. 1986-cı il konvensiyasından
sonra yekdilliyə baxılmır.
Müqavilə mətninin autentifikasiyası yəni beynəlxalq müqavilənin mətni son və qəti
variantda razılaşdırılmışdır və ona heç bir dəyişiklik edilə bilməz. Bu, üç yolla həyata keçirilir:
1) Paraflama 2) Ad-referendum imza atma 3) İmzalama. 21) Müqavilənin məcburiliyinə razılığın verilməsi Müqavilənin məcburiliyinə razılığın verilməsi müqavilənin bağlanmasının son
mərhələsidir. Yəni dövlət müqavilə razılığını ifadə edir sonra müqavilə qüvvəyə minəndə
öhdəlikləri götürür.
1969-cu il konvensiyas 11-ci maddəsinə görə müqavilə məcburiliyinə razılığın ifadə olunmasının 6 üsulu var: 1) İmzalama 2) Ratifikasiya 3) Təsdiq etmə 4) Qəbul etmə 5) Müqavilə sənədlərin mübadiləsi 6) Qoşulma. 1) Müqavilənin məcburiliyinə razılıq o zaman imzalama vasitəsilə ifadə olunur ki, həmin
müqavilə bundan sonra ratifikasiya və ya təsdiq edilməli olmasın. Beynəlxalq müqavilənin
məcburiliyinə razılığın imzalama vasitəsilə ifadə olunması həmin müqavilənin özündə göstərilir.
2) Müqavilənin məcburiliyinə razılığın ifadə olunmasının ən geniş yayılmış üsul
ratifikasiyadır. Ratifikasiya ali hakimiyyət orqanı tərəfindən müqavilənin təsdiq olunmasıdır.