1 Beynəlxalq sistemin anlayışı


) İnsan hüquqlarının müdafiəsinin Beynəlxalq mexanizmləri



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə59/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   55   56   57   58   59   60   61   62   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

 
61) İnsan hüquqlarının müdafiəsinin Beynəlxalq mexanizmləri 
Beynəlxalq insan hüquqları hüququnun bu sahədə mövcud olan bütün normativ 
massivi iki hissəyə ayırmaq olar:  
1) hüquqi mexanizm (dövlətlərin maddi xarakterli öhdəliklərini nəzərdə tutan normalar; 
 
2) implementasiya mexanizmi - insan hüquqlarının həyata keçirilməsi üzərində nəzarət 
mexanizmlərini müəyyən edən normalar.  
Yaradılması əsasına görə institusional mexanizmlər müqavilə və qeyri-müqavilə 
mexanizmlərinə bölünür.
Müqavilə mexanizmləri beynəlxalq müqavilələrdə nəzərdə tutulmuşdur. 
Universal səviyyədə mövcud olan müqavilə mexanizmləri aşağıdakılardır:
* İnsan hüquqları komitəsi:
 
 
 
 
 
 

 
* İrqi ayrı-seçkiliyin ləğvi üzrə komitə;
 
 
 

 
 
İşgəncə əleyhinə komitə və s.
İnsan hüquqları komitəsi Vətəndaş və siyasi hüquqlar haqqında Paktın 28-ci maddəsi 
əsasında yaradılmışdır. İnsan hüquqları komitəsinin daha bir səlahiyyəti 1966-cı ildə qəbul 
olunmuş Fakültativ Protokolla müəyyən olunmuşdur. Protokolun 1-ci maddəsinə görə. Komitə 
özünü Paktda təsbit olunmuş hər hansı bir hüququn qurbanı hesab edən şəxsdən müvafiq dövlətə 
qarşı şikayət qəbul edə bilər və ona baxa bilər. İnsan hüquqları komitəsinin çıxardığı qərarlar 
hüquqi cəhətdən məcburi deyildir. Dövlət bu qərarı yerinə yetirməyə də bilər və təəssüf ki
praktikada belə hallar az deyildir. 
İşgəncə əleyhinə komitə İşgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və 
ya cəza əleyhinə 1984-cü il Konvensiyasının əsasında (17-ci maddə) təsis olunmuşdur. İşgəncənin 
qarşısının alınması üzrə Altkomitə yaradılmışdır.(2006-cı il). 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin