71) Beynəlxalq Dəniz hüququnun anlayışı, mənbələri. Dəniz məkanlarının təsnifatı Beynəlxalq dəniz hüququ - Dəniz məkanlarının hüquqi statusunu müəyyən edən və onların istifadəsi ilə bağlı dövlətlərarası münasibətləri nizama salan normaların məcmusu deyilir. 1958-ci ilə qədər Beynəlxalq Dəniz Hüququ adət normalarına əsaslanırdı.
Lakin 1958-ci il də 4-mühüm saziş meydana gəldi: 1) Ərazi dənizi və bitişik zona, 2) Açıq dəniz, 3) Kontinental şelf , 4) Açıq dəniz canlıları və Balıqçılığın Mühafizəsi Haqqında Konvensiyalar idi.
Lakin bu Konvensiyalar dəniz hüquququn bütün məsələlərini həll etmirdi.
Bu səbəbdən 1982-ci ildə Dəniz hüququ üzrə BMT Konvensiyası qəbul edildi. Bu konvensiya 1994-cü ildə qüvəyyə mindi.
Bundan əlavə, dövlətlərarası əməkdaşlığa xüsusi təsir edən sazişlərdə var.
Məsələn,
* Dənizdə gəmilərin toqquşmasının qarşısının alınması-1972, * Dənizdə insan həyatının qorunması haqqında-1974 (Beynəlxalq Konvensiya), * Dənizdə axtarış və xilasetmə haqqında-1979 (Beynəlxalq Konvensiya) və.s daxildir.
Dəniz məkanlarının təsnifatı. Beynəlxalq hüquqa görə dəniz və okeanlar 2 yerə ayrılır: 1) Heç bir dövlətin suverenliyin altında olmayan, 2) Ayrı-ayrı dövlətin suverenliyi altında olan və ərazisin təşkil edən.