1 Beynəlxalq sistemin anlayışı


) Beynəlxalq Humanitar hüququn anlayışı, mənbələri, obyekti və prinsipləri



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə78/89
tarix10.01.2023
ölçüsü0,75 Mb.
#122136
1   ...   74   75   76   77   78   79   80   81   ...   89
Beynəlxalq Hüquq hazır cavablar

80) Beynəlxalq Humanitar hüququn anlayışı, mənbələri, obyekti və prinsipləri 
Beynəlxalq humanitar hüquq – silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş 
aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və 
silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq hüquqi 
normaların məcmusuna deyilir. 
«Beynəlxalq humanitar hüquq» görkəmli alim Jan Pikte tərəfindən beynəlxalq hüquqa 
daxil edilmiş nisbətən yeni termindir. Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq humanitar hüquq 
müharibəni qadağan etmir. O, obrazlı desək, birbaşa döyüş meydanına gəlir və sırf humanist 
mövqedən çıxış edərək, artıq başlamış müharibəni müəyyən normativ çərçivəyə salmağa çalışır. 
Bundan 
irəli 
gələrək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar:
 
1. 
Kombatant 
olmayanları, yəni mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla 
humanist rəftar təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan « 
Cenevrə hüququ ». Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyasına 
istinad edilərək götürülmüşdür. 


2. Seçimsiz zorakılığın və artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının 
müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək.  
Beynəlxalq 
humanitar hüququn bu məqsədin həyata keçirilməsinə yönəlmiş hissəsi «Haaqa hüququ» 
adlandırılır. 
Beynəlxalq humanitar hüquqda adət normaları da əhəmiyyətli rol oynayır. Bu normaların 
əksər hissəsi ümumi beynəlxalq hüququn bir hissəsidir və bütövlükdə beynəlxalq birlik tərəfindən 
jus cogens normaları kimi tanınmışdır. Bu cür normalar, hər hansı konvensiyanın iştirakçısı olub-
olmadığından asılı olmayaraq, dünyanın hər bir dövləti üçün məcburidir. 
Mənbələri - 
Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin