1907 ci ildə bununla bağlı 2 Haaqa konvensiyası qəbul olunub : 1) quru müharibəsi dövründə neytral dövlətlərin və şəxslərin statusu haqqlnda 2) dəniz müharibəsi dövründə neytraldövlətlər və şəxslər haqqında. Neytrallığın 2 forması var: 1) daimi-ümumi neytrallıq 2) hər hansısa müharibəyə münasibətdə neytrallıq. Neytral dövlətlərin və şəxslərin xüsusi statusu var. Vətəndaşlar hər hansısa bir tərəfin hərbi
hissələrində işrtirak edərsə, onların neytral şəxs statusu itirilmiş olacaq.
87) Hərbi əməliyyatların və müharibə vəziyyətinin bitməsinin Beynəlxalq hüquqi formaları Hər şeydən öncə qeyd edək ki, müharibənin sona yetməsi iki mərhələni əhatə edir: 1. Hərbi əməliyyatların bitməsi. Bu mərhələ aşağıdakı beynəlxalq-hüquqi formalarda rəsmiləşdirilir: a) barışıq (müddətli və ya müddətsiz ola bilər); b) təslimolma 2. Müharibə vəziyyətinin bitməsi - Beynəlxalq-hüquqi formalari: a) sülh müqaviləsi. (Məsələn, 1947-ci ildə bağlanmış sülh müqavilələri əsasında Almaniyanın keçmiş müttəfiqləri - Finlandiya, İtaliya, Macarıstan, Bolqanstan və Rumıniya ilə müharibə vəziyyətinin bitməsi rəsmiləşdirilmişdi.) b) birtərəfli bəyanat. (Məsələn, 1951-ci ildə İngiltərə, Fransa və ABŞ ayrı-ayrılıqda birtərəfli qaydada Almaniya ilə müharibə vəziyyətinin bitməsi haqqında bəyanat vermişdilər.) c) ikitərəfli bəyanat. Məsələn, 1956-cı il oktyabrın 19-da SSRİ və Yaponiya müharibə vəziyyətinin bitməsi
vədiplomatik və konsulluq münasibətlərinin bərpa olunması haqqında birgə Bəyanat
imzalamışdılar.
Müharibənin sona yetməsi bu cür hüquqi nəticələr doğurur:
a) diplomatik və konsulluq münasibətlərinin bərpası; b) ərazi məsələlərinin həlli; c) hərbi əsirlərin dəyişdirilməsi; ç) dövlətin və ayrı-ayrı fərdlərin məsuliyyəti haqqında məsələlərin həlli və s.