39
araşdırılması sahəsində görülən işlər beynəlxalq sərgi iştirakçılarının
diqqətinə çatdırılmışdır.
1
Beləliklə, tədqiq edilən dövrdə Azərbaycan
dövlətinin gömrük işi
strategiyasında gömrük hüquqpozmalarına qarşı mübarizənin əsas
prioritetləri aşağıdakılar idi: 1) gömrük işi sahəsində cinayətlərə, həmçinin
gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı
mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekur-
sorlarının, silahların, ozondağıdıcı
maddələrin, mədəni, tarixi və arxeoloji
sərvətlərinin, əqli mülkiyyət obyektlərinin, başqa malların gömrük sər-
hədindən qanunsuz keçirilməsinin qarşısının alınması; 2)
milli təhlü-
kəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlam-
lığının, fauna və floranın, ətraf mühitin, bədii,
tarixi və arxeoloji sərvət-
lərinin qorunması sahəsində tədbirlərin həyata keçirilməsində digər dövlət
orqanlarına dəstək verilməsi, qanunvericilikdə nəzərdə tutulmuş hallarda
onların
fəaliyyətini əlaqələndirməsi; 3) terrorçuluğa qarşı mübarizə
sahəsində qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi və tədqiqi.
Dissertasiyanın
“Gömrük işi sahəsində beynəlxalq əlaqələrin inki-
şafı” adlı beşinci fəslində Azərbaycan Respublikasının gömrük əməkdaş-
lığının əsas istiqamətləri araşdırılır, beynəlxalq müqavilələrdə nəzərdə
tutulmuş müddəalar ətraflı təhlil olunur. Bu fəslin
“Gömrük işi sahəsində
Dostları ilə paylaş: