22
– Azərbaycan dövlətinin iqtisadi siyasət strategiyasının gömrük siyasəti
ilə üzvi bağlılığı, davamlı iqtisadi inkişaf
şəraitində yürüdülən çevik
gömrük siyasətinin nəticələri və mahiyyəti açıqlanmışdır;
– tarixşünaslığımızda ilk dəfə olaraq milli gömrük qanunvericiliyinin
formalaşdırılması, gömrük təşkilatının hüquqi-normativ qaydaların yaradıl-
ması və inkişaf etdirilməsi sahəsində fəaliyyəti təhlil olunaraq ümumiləş-
dirilmişdir;
– dövlətin yürütdüyü gömrük siyasətinin xarici iqtisadi-ticarət fəaliy-
yətin dinamikasına, idxal-ixrac əməliyyatlarının
nəticələrinə təsiri təhlil
edilərək ölkənin ixrac potensialı haqqında dolğun təsəvvür yaradılmışdır;
– gömrük xidmətinin iqtisadi təhlükəsizliyin təmin edilməsi və dövlət
büdcəsi gəlirlərinin artırılmasında rolu açıqlanmış, qaçaqmalçılıq halları və
gömrük qaydalarının pozulmasına qarşı keçirilən profilaktik tədbirlərin
gömrük xidmətinin fəaliyyətinin nəticələrinə təsiri qiymətləndirilmişdir;
– Azərbaycan dövlətinin gömrük işi sahəsində həyata keçirdiyi islahat-
ların nəticələri, o
cümlədən idarəetmə strukturu, kadr potensialı və maddi-
texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər ətraflı təhlil
olunmuşdur;
– xarici ölkələrin gömrük orqanları və beynəlxalq təşkilatlarla gömrük
əməkdaşlığının inkişaf etdirilməsi sahəsində aparılan işlərin nəticələri, bey-
nəlxalq gömrük münasibətlərinin gömrük işinin inkişafına təsiri dəyərlən-
dirilmişdir;
–
ilk dəfə olaraq, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi
olan Naxçıvan MR-də müasir gömrük sisteminin yaradılması və inkişafı
prosesi izlənilmişdir;
– ilk dəfə olaraq, milli gömrük işinin inkişaf istiqamətləri tarix,
iqtisadiyyat, hüquq, beynəlxalq münasibətlər
və digər elm sahələri üzrə
aparılan tədqiqatlara əsaslanmaqla fənlərarası kontekstdə araşdırılmışdır;
– müasir tarixşünaslığımızda “gömrük işi” kateqoriyası tarix elminin
tədqiqat obyekti kimi seçilmiş, gömrük işinin mahiyyətini səciyyələndirən
termin və ifadələr elmi dövriyyəyə daxil edilmişdir.
Dostları ilə paylaş: