~ 87 ~
Moskva müqaviləsinin də ləğv olunmasına çalışan ermənilərin bütün cəhdləri əbəsdir və heç bir
nəticə verə bilməz.
Bu müqavilə 1921-ci ildə yanvar ayında Behbud ağa Şahtaxtinskinin təşkilatçılığı ilə
Naxçıvanda Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin iştirakı ilə keçirilən və əhalinin
90 faizinin Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu ilə qalmasına səs verməsi ilə
nəticələnən referendumdan (ümumxalq səsverməsindən) sonra Naxçıvanın Azərbaycanın tərkibində
muxtar respublika kimi saxlanmasını rəsmiləşdirən ilk beynəlxalq sənəd oldu.
Moskva müqaviləsinin davamı olaraq müqavilənin imzalanmasından 7 ay sonra, 13 oktyabr
1921-ci ildə Türkiyənin Qars şəhərində Türkiyə, Ermənistan, Azərbaycan, Gürcüstan və Rusiya
nümayəndələrinin iştirakı ilə ―Dostluq haqqında bir tərəfdən Ermənistan Sosialist Sovet
Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası,
digər tərəfdən Türkiyə Böyük Millət Məclisi Hökuməti arasında Rusiya Sosialist Federativ Sovet
Respublikasının iştirakı ilə müqavilə‖ imzalandı. Müqavilənin 5-ci maddəsi, 3-cü əlavəsi ilə
Moskva müqaviləsinin Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət verilməsi məsələsini daha
təkmil, konkret və dəqiq sərhədlərlə təsbit etdi (5, s. 67-80).
Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsini təsbit edən ikinci
beynəlxalq sənəd olan Qars müqaviləsinin imzalanmasından 28 ay sonra, başqa sözlə desək, bir
qədər yubansa da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 9 fevral 1924-cü ildə
Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Naxçıvan Muxtar Sovet Sosialist
Respublikası yaradıldı.
Dostları ilə paylaş: