~ 91 ~
Məqalədə rast gəlinən mənbələrə istinad olunma qaydası:
Məqalədə yalnız istinad edilən ədəbiyyat kodlaşdırılaraq sonda əlifba sırası ilə verilir.
İstinad edilmiş ədəbiyyatın kodu mötərizədə yazılır. (Məs.: Duqlas Nortun fikrinə görə,
―
İnstitutlar cəmiyyəti ... formal çərçivələrlə məhdudlaşdırır və sosial münasibətləri təşkilatlandırır‖
[76, s. 35-36].)
Məqalənin sonunda Ədəbiyyat siyahısı verilir.
Ədəbiyyat siyahısı dissertasiyalara şamil edilən müvafiq qaydalara uyğun tərtib olunmalıdır.
Məqalələrin redaksiyaya təqdim edilmə qaydası:
Məqalələr electron qaydada təqdim edilə bilər. Bunun üçün müəlliflər məqalələri jurnalın
electron poçtuna (ssps.journal2020@gmail.com) göndərilməlidir.
Məqalə ilə yanaşı müəlliflər jurnalın saytındakı (sosiologiya-jurnali.az)
ArayıĢ bölməsində
tələb edilən məlumatları yerləşdirib redaksiyaya təqdim etməlidirlər.
III. Məqalələrin qiymətləndirilməsi, resenziyalaşdırılması və dərci
―Sosiologiya.Sosial psixologiya.Siyasət‖ elmi araşdırmalar jurnalına göndərilən məqalələr
əvvəlcə redaksiya tərəfindən jurnalın nəşri prinsipləri baxımından qiymətləndirilir. Nəşr
prinsiplərinə uyğun olmayan məqalələr düzəldilmək üçün müəllifə göndərilə və ya
resenziyalaşdırmadan imtina edilə bilər.
Resenziyalaşdırma üçün qəbul edilən məqalələrin resenziya prosesində elmi obyektivlik və
elmi keyfiyyət kriteriyalarına xüsusi diqqət yetirilir. Resenziyalaşdırma üçün qəbul edilən yazılar
müvafiq sahəyə aid iki resenzentə göndərilir. Resenzentlərin adları məxfi saxlanılır. Müəlliflərin
resenzentlərin və redaksiyanın tənqid, irad və təkliflərini nəzərə almaları zəruridir. Müəlliflər
razılaşmadıqları məqamlarla bağlı əsaslandırılmış şəkildə etiraz etmək hüququnu saxlayırlar. Nəşrə
qəbul edilməyən məqalələr müəlliflərinə qaytarılmır.
Dostları ilə paylaş: