~ 20 ~
günlük fəallıq‖ kompaniyası bir çox ölkələr tərəfindən hər il keçirilir. Kompaniyanın məqsədi
qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliği istiqamətində
yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə işinin aparılmasıdır [12]. BMT Baş
Assambleyası Qadınlara Qarşı Zorakılığın Beynəlxalq Mübarizə Günü elan edərək dünyanın bütün
təşkilatlarını bu problemə fokuslanmağa və ictimaiyyətin diqqətinə cəlb etmək üçün tədbirlər həyata
keçirməyə dəvət edib. Tarix Dominikan Respublikasında inqilabi hərəkat iştirakçılarının - 1960-cı
ildə öldürülən üç bacının xatirəsinə seçilib. Hər il böhran vəziyyətində olan qadınları dəstəkləyən
ictimai təşkilatların nümayəndələri qadınlara qarşı zorakılıq problemlərinə diqqət çəkmək üçün
kütləvi nümayişlər keçirirlər. Bu nümayişlərdə qadınlar öz keçdikləri ağır yollarını başqaları ilə
bölüşərək bir-birinə dəstək göstərirlər. Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ lentdir
[13].
Dostları ilə paylaş: