SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə20/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   16   17   18   19   20   21   22   23   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

YaĢlı insanlar və zorakılıq. 
Yuxarıda qeyd etdiyimiz kimi biz zorakılıq halı haqqında eşidərkən çox vaxt ilk növbədə 
fiziki zorakılığı nəzərə alaraq psixoloji, emosional və iqtisadi zorakılıq haqqında unuduruq. Ahıl 
yaşında olan insanların çoxu isə zorakılığın elə bu növləri ilə rastlaşırlar. Təəssüflər olsun ki,bu 
hallar hər yerdə baş verərək cəmiyyətdə demək olar ki, normaya çevrilib. Buna səbəb isə yaşlı 
insanların əmək bazarında iştirak etməməsi nəticəsində onların gərəksiz hesab edilməsidir.Bu 
vəziyyət yaşlı nəslin nümayəndələrində depresiya yaradır və bununla əlaqədar olaraq, ətrafdakılar 
daha çox diqqət və qayğı göstərib onlara dəstək verməlidirlər.Buna baxmayaraq, ahıllara qarşı baş 
verən haqsızlıqlar az deyil. Pensiyaların qohumlar tərəfindən mənimsənilməsi və ya kartdan pul 
çıxarılmasında köməklik göstərilməsi qarşılığından müəyyən pul məbləğinin götürülməsi, varislik 
uğrunda cavan nəslin bir-biri ilə rəqabət aparılması nəticəsində qocalarda yaranan psixoloji 
gərginlik, qocaların evdən qovulması kimi acınacaqlı hallar çoxdur. Xəstəxanalarda qocalara laqeyd 
yanaşılması, onlara kobud cavab verilməsi kimi hallar da baş verməkdədir. Bu kimi problemlərin 
qarşısını necə almaq olar sualına cavab: insanlarda uşaqlıqdan təbii bir proses kimi qocalara qarşı 
düzgün münasibət tərbiyə etməkdir. Hər bir şəxs qocalıq dövrünün xüsusiyyətlərini bilməli və 
onlara qarşı normal reaksiya bildirməlidir. 
Bir çox pedaqoq, psixoloqlar hesab edir ki, qocalara qarşı törədilmiş zorakılığın səbəbi bu 
yaşın nümayəndələrinin özlərini qorumağa bilməməsindən irəli gəlir.Bundan əlavə, yaşlı insanlar 
çox vaxt başqalardan asılı vəziyyətdə olur və bu asıllılıq ətrafdakılara mənfi keyfiyyətlərini 
göstərməyə imkan verir. Həkim və pedaqoq Aleksandra Flint hesab edir ki, cavan nəslin qocalara 
qarşı aqressiv reaksiyanın verilməsinə səbəb cəmiyyətin nə vaxtsa qocalacağı haqqında fikrini qəbul 
edə bilməməsi ilə əlaqəlidir.Bu problemi insanların dünyagörüşünün dəyişdirilməsi ilə həll etmək 
lazımdır [14].

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin