Ġntizam və zorakılığın fərqi Valideynlərin çoxu uşaqlarda intizam tərbiyə edərkən cəzaların müxtəlif ağırlarından istifadə
edirlər. Onlar əslində zorakılığın törədildiyi barədə məlumatlı deyillər. Buna səbəb insanların
əksəriyyətinin intizamın tərbiyə edilməsi ilə zorakılığı ayıra bilməməsindən irəli gəlir. İntizam ilə
zorakılığı ayıran əsas elementlər bunlardır:
1.Gözlənilməzlik- Ailədə dəqiq qaydalar və sərhəd lər olmadığından uşaq hansı əməlin
valideynlərin qəzəbinə və fiziki cəzaya gətirəcəyindən xəbərsizdir.Uşaq daim stress içində yaşayıb,
hər addımını valideynlərinə bildirir. Bu isə ən yaxşı halda onların gələcəkdə müstəqil olmaması ilə
də nəticələnə bilər.
2.Qəzəbin dərəcəsi- Uşağa fiziki cəzasının qəzəbin dərəcəsindən asılı olması zorakılıqdan
başqa heçnədir. Valideyn ilk növbədə uşağın pis davranışını tərbiyə etmək üçün ona sevgi
göstərməli, motivasiya verməlidir. Öz hirsini ―pis davranışa görə‖ uşaqdan çıxarması valideynin
qəzəb kontroluna sahib olmamasının göstəricisidir.
3.Davranışın tənzimləyicisi kimi qorxudan istifadə- Fiziki zorakılıq istifadə edən valideynlər
hesab edirlər ki, övladları onlardan qorxmalıdır. Bunun üçün valideynlər vaxtaşırı uşaqlara fiziki
zorakılıq törədib bu əməli ―profilaktik əməl‖ kimi qiymətləndirirlər. Əslində isə uşaq özünü düzgün
aparması əvəzinə döyülməkdən necə qorunmağı öyrənirlər [16].
Uşaqlara qarşı zorakılığın törədilməsi gələcək həyatlarında müəyyən nəticələrə səbəb
olur.Zorakılıq davranış modelinə yiyələnməsi,depressiya,pis vərdişlər,həddindən artıq kökəlmə və
ya arıqlama,yüksək riskli cinsi davranış,nikahdankənar hamiləlik,intihar və s. [17].
Xüsusilə qeyd etmək vacibdir ki, uşaqlar zorakılığın məhz qurbanı olurlar, yəni heç bir əməl
onlara qarşı zorakılığın istifadəsinə haqq qazandırmır. Uşaqların bəzi fərdi xüsusiyyətləri onlara
qarşı zorakılığın törədilməsi ehtimalını yüksəldə bilər. Bu fərdi xüsusiyyətlərdən biri uşaqda fiziki
məhdudiyyətlərin olmasıdır. Avropa İttifaqının Əsas Hüquqlar Agentliyi öz hesabatında müəyyən
edib ki, əlilliyi olan uşaqlar hüquq pozuntularına daha çox məruz qalırlar. UNESCO tərəfindən
2010-cu ildə keçirilmiş qlobal monitorinqin hesabatına əsasən, əlilliyi olan uşaqların fiziki
zorakılığa məruz qalma ehtimalı, əlilliyi olmayan uşaqlara nisbətən 3,6 dəfə cinsi zorakılığına
məruz qalma ehtimalı 2,9 dəfə zorakılığın hər hansı bir formasının qurbanı olma ehtimalı 3,7 dəfə
çoxdur [18].
Uşaqların müdafiəsi xidmətləri əlil uşaqlara və onların ailələrinə hərtərəfli dəstək
göstərməlidir. Onlar həmçinin cinsiyyət, etnik mənsubiyyət və sosial-iqtisadi status kimi uşaqların
zorakılığa həssaslığını artıra biləcək digər xüsusiyyətləri də nəzərə almalıdırlar. Qarşısının alınması
proqramlarına erkən müdaxilə proqramları, maarifləndirici fəaliyyətlər, məsuliyyətli valideynlik və
ailə dəstəyi üzrə təhsil və möhlət proqramları daxil ola bilər [19, s.9]. Bundan əlavə profilaktik işlər
də aparılmalıdır. Uşaqlara qarşı pis davranışın profilaktikası üçün çoxsahəli yanaşma lazımdır.
Profilaktik proqramlar o zaman effektiv olur ki, valideynlərdə uşaqların düzgün tərbiyəsi üçün
müsbət bacarıqlara yiyələnə bilirlər. Profilaktik proqramlara daxildir:
1.Valideyn və uşaqlara dəstək, bacarıq və məlumat verilməsi üçün tibb bacıların ailələrə baş
çəkmək;