~ 32 ~
tələskən xasiyyəti ucbatından həyatındakı çətinlikləri sınaq
olaraq deyil, bəla kimi qəbul edərək
əsəbi vəziyyətdə özünə,
ailəsinə, övladına və malına şər diləməkdən çəkinmir.
Xülasə, müsəlman müsəlmanlara günahkar da olsalar, bəddua etməkdən qaçınmalıdır.
Çünki, insanın yaxşılığı üçün edilən dua qəbul olunma baxımından bədduadan daha üstündür.
Ancaq ardıcıl olaraq müsəlmanlara düşmənçilik və dinə həqarət ünvanlanarsa ―o dinin Sahibi var‖
deyib bu düşmənçiliyi Allaha həvalə etmək lazımdır. [7, 28]
Qurani-Kərimdə dua.
Qurani-Kərim dua ilə başlayıb, dua ilə sona çatır. ―Fatihə‖ surəsi qısa və icmali bir duadır.
Bu qısa surədə insan-Allah münasibəti xülasə şəklində verilmişdir. Buna görə də ―Fatihə‖ surəsi
namaz ibadətinin əsası olaraq hər rikətdə oxunduğu kimi, namaz xaricində də çox oxunur. Quranın
son iki- ―Fələq‖ və ―Nəs‖ surələri də duadır. Sevgili Peyğəmbərimiz (s) onları
namazda və
həmçinin sonrakı vaxtlarda oxumağı tövsiyə etmişdir. [7, 18] Ümumiyyətlə, Qurani-Şərifin hər bir
surəsi insanı ləyaqətli, imanlı və məhsuldar həyat tərzi keçirməyə səsləyən bərəkətli ayələrdir.
Hədislərdə dua.
Əziz Peyğəmbərimiz (s) belə buyurmuşdur: ―Şübhəsiz ki, Allah çox həyalı və çox əliaçıqdır.
Bir insan əllərini qaldırıb dua etdiyi vaxt onu boş qaytarmaqdan həya edər‖.
Bu hədisi-şərif lütf və kərəmi sonsuz olan Rəbbimizin ona əl açıb yalvaran qullarının
istəklərinə cavab verəcəyini və onları öz mərhəmətindən məhrum etməyəcəyini göstərir. [8, 14]
―Kimin üçün bu dua qapısı açılmışdırsa onun üçün mərhəmət qapısı da açılmışdır.‖ Rəsuli-
Əkrəmin (s) dediyi belə mübarək sözlər duanın mərhəmət xəzinələrinin qapısını açan bir açar
olduğunu bəyan edir, hətta ilahi rəhmət qapısını döyən şəxslər üçün onun açılacağı və arzularının
həyata keçiriləcəyi müjdəsini verir.
Dua həm də bəla və müsibətlərə qarşı qoruyucu qalxandır. Məhəmməd Peyğəmbər (s)
buyurur: ―Şübhəsiz ki, dua gələn və gəlməyən bəlaya da faydalıdır. Ey Allahın qulları, dua etməyə
davam edin.‖ [8, 18].
Buradan məlum olur ki, duanın köməyi ilə qədərdə yazılı olan və daha
meydana gəlməmiş bir bəla və müsibətin qabağı alına bilər. Əgər meydana gəlməsi yəqinlik
qazanmışsa dua sayəsində Allah insana səbir və dözüm verir. [8, 19] Çünki ―səbir müvəffəqiyyətin
açarıdır‖. Səbir olmasa imanın kamilliyindən, təqvanın (dindarlıq) tamlığından, əməlin uğurundan,
əxlaqın gözəlliyindən danışmaq mümkün deyil. Səbir böyük insanların
fəziləti, kiçiklərin isə
ibadətidir. [1, 225] Dua insanın dünyəvi həyatının asayişini, əminamanlığını, təhlükəsizliyini təmin
etdiyi kimi, ruhlar aləmindəki dincliyinə və rahatlığına da zəmanət verir.
Belə ki, Bərzəx Qurani-Kərimdə adı keçən bir mənəvi aləm və ruhlar dünyasıdır ki, hər bir
insan ondan keçməyə məhkumdur. Bərzəx qeybdir, lakin haqdır. Onun sərhəddi yoxdur. O, varlıq
dünyasının surətidir. [1, 257]
Məcazi dünya /Bərzəx/ ilə maddi dünya arasında rabitə, ruhlar və onlara bağışlanan duaların
açdığı ―işıq cığırları‖ vasitəsilə təmin olunar. Bir dəfə Rəsuli Əkrəmdən (s) soruşdular ki, ölülərin
hədiyyəsi nədir? Həzrət buyurdu: ―Sədəqə və dua‖. Ruhlar bu xeyir dualarla onları yada salanlara
minnətdar olarlar. Ölənlərin
ruhu üçün oxunan ayələr, edilən dualar, verilən ehsanat Bərzəxdə öz
aqibətini gözləyənlərin rahatlığının təminatı və vəsiləsidir. [1, 258]
Allahdan duamız odur ki, fani həyatımızdan sonra qəbrimizdə
qiyaməti gözləyərkən yer
üzündə bizi də yad edərək ruhumuzu şad edəcək dostlarımız olsun. Amin! [4, 143]
Duanın axırında ―Amin‖ deyilməlidir. Bir hədisi-şərifdə duanın sonunda dua qəbul olunsun
deyə ―Amin‖, ―Allahım duamı qəbul et‖ deyə bitirmək tələb olunur. Bu da duaların qəbul olunma
şərtlərindən biridir. [7, 53] Öz-özünə dua etmək və ya mömin qardaşına dua edib-etdirmək duanın
tezliklə qəbul olunmasına səbəb olur. Hədislərin birində deyilir ki, Sevimli Peyğəmbərimiz (s)
qiyabi (dua edilən yanımızda və xəbəri olmadığı halda) edilən duaların qəbulunun daha uyğun
olduğunu söyləmişdir: ―Dərhal qəbul olunmağa ən layiqli dua qiyabi edilən duadır‖, ―Mömin
qardaşa qiyabi edilən elə bir dua yoxdur ki, mələklər də ―Amin, bir misli də sənə olsun‖ deməsin.
Mələklərin ―amin‖ dediyi dualar mütləq şəkildə və təxirə salınmadan müstəcəb (çağırışa
cavab
verən) dualardır. [7, 54]
Dostları ilə paylaş: