~ 46 ~
―Dövlət ailə məsələləri üzrə strategiya‖nın hazırlanması gündəmdə duran
ilk vəzifələrdəndir;
yeni
Milli Fəaliyyət Planı, ―Azərbaycan ailəsi‖, ―Güclü ailə güclü dövlət‖ adlı dövlət
proqramları hazırlanması zəruri bilinir. Yeni strateji sənədlərdə ailə dəyərləri, onların
formalaşdırılması,
qorunması və möhkəmləndirilməsinin
istiqamətləri əksini
tapmalıdır.
Ailə siyasətinin ―defamilizasiya‖ (ailəyə dövlətin ən yüksək dəstəyi,
ailədə körpə uşaqlar olduğu
halda belə valideynlərə işləmək imkanının yaradılması, uşaqlara qulluğun ―körpəlikdən
məktəbyaşlı müddətə qədər‖
sistemli
infrastrukturunun
olması (Finlandiya
və s.)
və ―refamilizasiya‖ (ailə-iş balansını yaratmaqla, uşaqların sosial dəstək siyasətinin gücləndirilməsi,
analıq
məzuniyyətinin
müddəti
və ödənişinin çoxaldılması (İsveçrə,
Yaponiya
və s.)
istiqamətlərinin sintezi ola biləcək modelin seçilməsi müzakirə edilə bilər; Ailənin
institusionallaşması, dövlət ailə siyasətinin uğurla həyata keçirilməsini təmin edən təşkilatların,
ailə siyasətinin köməkçi subyektlərindən ibarət əlçatan infrastrukturunun yaradılması;
Sorğuda boşanmaların səbəbi kimi ―xəyanət‖ amilinin vurğulanması,
həmçinin məişət
zorakılığı və son
dövrlərdə baş verən
intihar
hallarının
nəzərə alınması Azərbaycanda
ailələrə sosialpsixoloji
xidmət
sahəsində dönüş yaradan
addımların
atılmasını tələb
edir. Ölkədə ―Ailə psixoloqu‖ mütəxəssislərinin hazırlanmasını vacib məsələyə çevirir. Baş verən
intihar hallarının qarşısının alınması, uşaqların psixi sağlamlığı, ailələrdə stressin idarə olunması,
zorakılığın azaldılması və s. üzrə xüsusi proqramların təşkili ilə məşğul olan sosial işçilər,
psixoloqlar korpusunun formalaşdırılması, ən qısa
vaxtda kurslar təşkil edilərək, boşluğun aradan
qaldırılması atılacaq ilk addımlar sırasında olmalıdır. Vətən müharibəsi nəticəsində şəhid, əlil
və qazı ailələrinin
psixoloji problemləri, PTSS-Post Travmatik Stress Sindromu aspektində çox
ciddi məsələyə çevrilməsi də bu məsələni daha da aktuallaşdırıb. Ümumiyyətlə, ailələrdə psixoloji
problemlər, intihar, tənhalıq və s. halların dünyada 2021-ci ilin aparıcı trendləri
hesab edilməsi
ailələrin psixi sağlamlıq xidmətlərinin planlaşdırılması, təmin edilmə şəraiti və qiymətləndirilməsi
prosesinə cəlb edilməsi, psixi sağlamlıq sahəsində çalışan sosial işçilər, təlimatçı və tədqiqatçıların
hazırlanması dövlət ailə siyasətinin prioritetlərindən olmaldır. Respondentlərin mediasiya
(məhkəmədən kənar barışıq) xidməti ilə bağlı 33.8%-nin müsbət gözləntiyə malik olması,
AQUPDK-nın nəzdində dünyada geniş yayılan ―Ailə mediasiyası‖ institutunun
təsis edilməsini,
ailə münaqişələrinin həlli mexanizmi kimi onun rolunun artırılmasını gündəmə daxil etməyi tələb
edir. Ailənin
rifahı,
ailəyə dost
sosial
siyasətin
həyata
keçirilməsi
dövlətimizin
ailə sahəsində dönüş yarada
biləcək
tədbirlərini
qiymətləndirmək üçün
prioritet
meyara çevrilməlidir. Ailə siyasətində ailənin sosial siyasətin subyekti kimi görülməsi modelindən
ailə ilə dövlət
arasında
qarşılıqlı məsuliyyətin
eyni
dərəcədə bölüşdürüldüyü tərəfdaşlıq
modelinə keçilməsi günün tələbidir. Ailə institutunun imici digər sahələrlə yanaşı, ailə siyasətinin
həyata keçirilməsi nəticəsində formalaşır. Hazırda ailəyə dəstək siyasəti daha çox sosial müdafiəyə,
o
cümlədən
yalnız
risk
qrupuna
daxil
olan
ailələrin
kateqoriyalarına
istiqamətləndirilmiş istiqamətə yönəldilib.
Düşünürük ki, dövlətin ailə siyasəti 2-ci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar
şəraitində müəyyən məqamları prioritet kimi dəyərləndirməyi zəruri edir. ―Böyük
Qayıdış‖ proqramı çərçivəsində gənc ailələrə dəstək tədbirlərinin
həyata keçirilməsi, ―Qarabağda
Gənclər şəhərciyi»nin salınması həmin ərazidə demoqrafik perspektiv baxımından çox
əhəmiyyətlidir. Gənclər üçün yeni iş yerlərinin açılması, evlərin inşası, pay torpaqlarının verilməsi
onlara böyük stimul ola, viran qoyulmuş torpaqlara dirçəliş mühitini gətirə bilər. Bir çox
mütəxəssislərin də vurğuladığı kimi, ―Qarabağda Gənc Ailə‖
layihəsi, burada dövlət ailə və uşaq
siyasəti ilə təfərrüatlı sosial dəstək proqramlarının tətbiqi azad edilmiş torpaqlarımıza gənclik
nəfəsini, qurmaq əzmini gətirə və gələcəkdə demoqrafik problem gözləntisini
birdəfəlik həll
edə bilər. Dövlət ailə siyasətinin həyata keçirilməsinin monitorinqi və proqnozlaşdırılması, əsas
sahələr üzrə məlumatların toplanması və təhlili, icrasının səmərəliliyinin qiymətləndirilməsi daxil
olmaqla informasiya dəstəyinin təmin edilməsi arzu olunandır. Ailə siyasəti ilə bağlı mənəvi-
ideoloji və tərbiyə işində boşluqların aradan qaldırılması son illərdə dövlət başçısının proqram
xarakterli çıxışlarında dəfələrlə vurğulanıb. Gənc oğlan və qızlarımızın hələ məktəb yaşlarından
Dostları ilə paylaş: