SosiologiYA. Sosial psiXologiYA. Sİyasət sociology social pshychology politics 2022 Cild 2, n 3


SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə91/117
tarix06.02.2023
ölçüsü1,75 Mb.
#123053
1   ...   87   88   89   90   91   92   93   94   ...   117
Ali Asker. Cait Çakmak. JURNAL Cild 2 N 3 (1)

SOSĠOLOGĠYA. SOSĠAL PSĠXOLOGĠYA. SĠYASƏT
SOCIOLOGY. SOCIAL PSHYCHOLOGY. POLITICS 2022 Cild 2, N 3 
74-81 
 


~ 76 ~ 
dövlətini əsla görmək istəmirdi. Bu həm də, SSRİ-nin Çinlə münasibətlərini yaxşı vəziyyətdə 
tutması və iqtisadi-siyasi maraqlarını daha münasib şəkildə təmin etmək siyasəti ilə əlaqədar idi. 
Çinin mərkəzi hakimiyyətinin baş verə biləcək təzyiqlərinə, yaxud silahlı müdaxiləsinə qarşı 
dura bilmək üçün Şərqi Türküstan Respublikasının prezidenti Xoca Niyaz SSRİ-dən silah almaq 
istəyir və bu məqsədlə Sovet rəsmi şəxsləri ilə müvafiq danışıqlar aparırdı. 
1934-cü ilin fevralında Dunqan qoşunları Qomindan hökuməti (GMD) adından Kaşqar 
şəhərini tutdular, minlərlə sakin öldürüldü, şəhər qarət edildi. Respublikanın liderləri hökuməti Yeni 
Hisara köçürə bilmişdilər, lakin Dunqan qoşunları həmlə ilə oranı da aldılar. Baş Nazir sabit 
Damullah Yarkəndə sığındı, amma Abdullah Buğra ələ keçirilib edam edildi. Başını kəsib Kaşqarın 
əsas məscidindən nümayiş etdirməyə götürdülər. Xoca Niyaz SSRİ sərhəddində danışıqlarda 
olduğundan ələ keçmədi. Bu hadisələrdən sonra o istehfa etdiyini açıqladı və Baş nazir Sabit 
Damullahdan da hökuməti buraxmağı istədi. Sabit Damullah etiraz etdiyinə görə Xoca Niyaz 16 
aprel 1934-cü ildə adamları ilə Yeni Hisara gəlib onu həbs etdi və onu yerli Çin rəhbərliyinə təhvil 
verdi. Həmin ilin iyulunda onlar da Baş naziri və ticarət naziri Satıbaldı Xanı dar ağacından 
asaraq edam etdilər. Minlərlə mücahid məhv edildi. Bəzi məlumatlara görə Şərqi Türküstanda 
həyata keçirilən cəza əməliyyatlarında təkcə ruslar tərəfindən 200 mindən artıq müsəlman 
öldürülmüşdü (3, s.322). Bu da Şərqi Türküstan Respublikasının facəli sonu oldu.
Şərqi Türküstan Respublikası süquta uğradıldıqdan sonra Şenq Şikai (Sheng Shicai) bütün Sincana 
rəhbərlik etməyə başladı. O, ilk növbədə Sovet İttifaqı ilə əlaqələri sıxlaşdırdı. Qeyd etmək lazımdır 
ki, SSRİ hökuməti bu əlaqələrdə olduqcq maraqlı idi, çünki Sincana ucuz işçi qüvvəsi və xammal 
mənbəyi kimi baxılırdı və bu bölgədə möhkəmlənmək üçün Şenqə 7,5 milyon rubl kredit ayrıldı. 
Bu zamanlar Çinin çox zəif olan mərkəzi höküməti onsuz da bu ucqar və nəhəng bölgəni təmin 
etməkdə ciddi çətinlik çəkirdi və yerli idarəçiliyə müəyyən qədər fəaliyyət azadlığı verilmişdi. 
Daim yaponlardan gözlənilən təhlükə qarşısında Çin hökuməti qonşu SSRİ-ni potensial müttəfiq 
kimi görürdü, eyni zamanda Sovet təsirinin ölkədə, xüsusilə bu həssas bölgədə bərqərar ola 
biləcəyindən ehtiyat edirdi. Amma bölgənin idarəçisi olan, Şərqi Türküstan Respublikasının 
süqutundan sonra öz yerini möhkəmləndirən Şeng Şikai sovetlərə, kommunist hərəkatına dərin 
rəğbət bəsləyirdi və onun üçün sosializm ideyaları daha cəlbedici görünürdü.
Tezlikə, SSRİ burada mədən sənayesinə, neft ehtiyatlarına daha çox əhəmiyyət verməyə 
başladı, bölgədə öz hərbi-siyasi güçünün möhkəmlənməsinə nail oldu. Qumul şəhəri yaxınlığında 
aerodrom açdı və 3 minlik qoşun yerləşdirdi. Sincan SSRİ-nin artıq satellitinə çevrilirdi. Burada 
birçox rayonlarda və yaşayış məntəqələrində Sovet idarəetmə sistemi qurulurdu, Sovet Orta 
Asiyasından gələn mühacir türk və çin mənşəli məmurlar iş başına gətirilirdi. Çox saylı tələbələr 
SSRİ-yə təhsil almağa göndərilirdi. Daşkənddə təhsil alıb Sincana dönən uyğurlara ―Taşkentçilər‖ 
deyirdilər [2, p.259]. 
1934-cü ilin iyununda Şeng-Si –tsai 1933-cü ilin aprelində qubernator Çini Sovet 
qoşunlarının köməyi ilə devirərək onun yerini tutdu. O, sovetyönlü qubernator kimi Stalinə məktub 
yazıb Sincanın və bütövlükdə Çinin nicat yolunun marksizm, sosializm və Sovet sistemi olduğunu 
bəyan etdi. Stalin Urumçidəki Sovet Konsulu Garegin Apresova təlimat verdirmişdi ki, Şengə başa 
salsın ki, Sovet İttifaqı Sincanın sovetləşdirilməsini təhlükəli hesab edir və belə bir fikir ya plan 
yoxdur. Çünki, SSRİ Çinin ərazi bütövlüyünü tanıyır və hörmət edir. Amma Şenglə əməkdaşlıq 
ediləcək və lazımi yardımlar göstəriləcəkdir. 
Şeng sovet stilli mədəniyyət siyasəti yeridirdi. ―Şərqi Türkistan Qəzeti‖ni ―Yeni Həyat‖ adı 
ilə davam etdirib onu sovet təbliğat orqanına çevirdi. Bəyan edilirdi ki, Sincanda yaşayan bütün 
xalqlara: uyğur, han, monqol, dunqan, qırğız, qazax bərabər hüquqlar verilir. O, Sincan Xalq 
Antiimperialist İttifaqı deyilən təşkilat qurdu. Urumçidə Xalq Nümayəndələri Konqresi keçirdi. 
Uyğur adı rəsmi sənədlərə daha 13 etnik mənsubiyyətlə bərabər türkdilli oturaq əhalinin adı kimi 
keçirdi. Bu əslində bölgənin köklü xalğını – uyğurları (türkləri) digər xalqların içərisində əritmək 
niyyəti idi. Uyğur Ziyalılar Cəmiyyəti təsis olundu, o cümlədən, qazax və monqol ziyalı 
cəmiyyətləri də quruldu. Uyğurca Shing Jang qaziti çıxarıldı. 

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin