~ 84 ~
sakitləşdi. Bundan sonra Azərbaycan İnqilab Komitəsinin 1 dekabr 1920-ci il bəyanatı
öz hüquqi
qüvvəsini itirdi.
Naxçıvan əhalisi arasında böyük nüfuza malik olan Behbud ağa Şahtaxtinski AK(b)P MK-
nin Siyasi və Təşkilat Bürosunun 12 yanvar 1921-ci il tarixli qərarına əsasən Hərbi İnqilab
Şurasının mandatı ilə Naxçıvana Komissar təyin olundu (6, s. 301). Naxçıvanda belə bir məsul işə
başlayan Behbud ağa Şahtaxtinski 1921-ci ilin yanvar ayında Azərbaycan, Ermənistan və Rusiya
nümayəndələrinin iştirakı ilə Naxçıvanda ərazinin Azərbaycan SSR-in tərkibinə daxil olması barədə
əhali arasında ümümxalq səsverməsi (referendum) keçirilməsinə nail oldu. Referendumun nəticələri
çox uğurlu oldu: əhalinin 90 faizi bölgənin Azərbaycan SSR tərkibində qalmasının lehinə səs verdi.
Behbud ağa Şahtaxtinskinin təşəbbüsü və ciddi səyləri nəticəsində baş tutan bu referendumun
nəticələri çox mühüm siyasi-tarixi sənəd olmaqla gələcəkdə Naxçıvan diyarının
ərazi
mənsubiyyətinin müəyyən edilməsində kimi həlledici rol oynadı. Naxçıvan əhalisi kimi
Azərbaycanın bir sıra görkəmli şəxsiyyətləri də Naxçıvanın Ermənistana verilməsi məsələsində çox
kəskin mövqe tutmuş, bu məsələnin yol verilməz olduğunu ən yüksək səviyyələrdə bəyan
etmişdilər.
Belə bir çətin şəraitdə A.Mikoyan və digər erməni liderlərinin ―Zəngəzurun, Naxçıvanın və
Qarabağın Ermənistana verilməsi ermənilərin Sovet hökumətinə inamını və rəğbətini artıra bilər‖
ideyasından çıxış edərək 1920-ci ilin dekabrında, yəni Ermənistan
sovetləşdikdən az sonra
Azərbaycan Sovet Rusiyası tərəfindən Zəngəzurun böyük bir hissəsini Ermənistana ―bağışlamağa‖
məcbur edildi (7, s. 178). Beləliklə, Ermənistan sovetləşdikdən sonra sovet Rusiyası rəhbərliyinin
anti-Azərbaycan siyasəti nəticəsində Zəngəzur ərazisinin böyük bir hissəsi Ermənistan SSR-ə
verildi. Bu tarixi Azərbaycan torpağının hesabına Ermənistan SSR Xalq Komissarları Sovetinin 20
iyul 1921-ci il tarixli qərarı ilə Ermənistan SSR-in tərkibində Zəngəzur qəzası yaradıldı (7, s. 369-
370). Beləliklə, Zəngəzurun verilməsi ilə Ermənistan ərazisi cənubda Araz çayına qədər uzadıldı və
Naxçıvan
bölgəsi süni surətdə, məqsədli şəkildə Azərbaycanın əsas hissəsindən ayrı salındı.
Bununla da, əslində Naxçıvanın blokadası elə həmin vaxtdan başlandı. Məhz buna görə də, yəni
Naxçıvanın Azərbaycanla birbaşa əlaqəsi kəsildiyinə görə, bölgəyə Azərbaycanın tərkibində
muxtariyyət statusu verilməsi məsələsi gündəmə gəldi. Ona görə də Naxçıvanın
həmin dövrdəki
vəziyyətini nəzərə alaraq bu məsələlərdən bəhs edən ümummilli lider Heydər Əliyev qeyd edirdi ki,
―əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də
lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi‖ (2). Beləliklə, Naxçıvan suni
şəkildə, düşünülmüş surətdə Azərbaycanın əsas hissəsindən ayrı salındı. 70 illik sovet hakimiyyəti
illərində vəziyyət belə davam etdi, indi də davam etməkdədir.
Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində 1921-ci ilin mart
ayında imzalanan Moskva müqaviləsinin böyük rolu oldu. Azərbaycan Xalq Komissarları Sovetinin
sədri N.Nərimanovun bu məsələdə prinsipial və qətiyyətli mövqeyi, 1921-ci
ilin əvvəllərində
aparılacaq danışıqlarla əlaqədar Moskvaya gedən görkəmli dövlət xadimi və diplomat
B.Şaxtaxtinskinin Sovet Rusiyası dövlət xadimləri ilə apardığı danışıqlar Naxçıvan məsələsində
Moskvanın – Sovet Rusiyası rəhbərlərinin mövqeyinin dəyişməsinə öz təsirini göstərdi. 16 mart
1921-ci ildə Moskvada Rusiya ilə Türkiyə arasında imzalanan ―Dostluq və qardaşlıq haqqında‖
müqavilədə Naxçıvanın Azərbaycanın tərkibində muxtar statusla qalması ilə əlaqədar maddənin
salınmasında Behbud ağa Şahtaxtinskinin xüsusi rolu olmuşdur. Naxçıvanın
ərazi taleyinin həll
olunmasında böyük rolu olan, Moskva müqaviləsinin imzalanmasında iştirak etməsə də, Behbud
ağa Şahtaxtinski müqavilə ilə əlaqədar danışıqlar ərəfəsində və danışıqların
getdiyi dövrdə
Moskvada bir sıra məsul şəxslərlə görüşmüş, danışıqlar aparmış, məsələnin əsil mahiyyəti haqqında
onlarda aydın təsəvvür yarada bilmişdi. Ümumiyyətlə B.Şaxtaxtinskinin Naxçıvanın ərazi taleyinin
həll olunmasında, ona Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində çox böyük
xidmətləri olmuşdur. O, hətta bununla əlaqədar Moskvaya, V.İ.Leninə məktub yazmış,
məktubda
Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ haqqında həqiqətləri ona çatdırmışdı. Belə ki, məktubda
tarixi Azərbaycan torpaqları olan bu ərazilər, həmin yerlərin tarixi coğrafiyası, əhalisinin milli
tərkibi haqqında müfəssəl məlumatlar verilmiş, Behbud ağa Şahtaxtinski fikirlərini
sübut etmək
Dostları ilə paylaş: