Azərbaycan Respublikası Təhsil Nazirliyi “Qiymətli kağızlar bazarı və investisiya sahəsində onların rolu”


Buraxılış işinin məqsəd və vəzifələri



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix09.02.2023
ölçüsü0,58 Mb.
#123207
1   2   3   4   5   6   7   8   9   ...   17
m2-“Qiymətli kağızlar bazarı və investisya sahəsində rolu

Buraxılış işinin məqsəd və vəzifələri. İşin məqsədi - 
Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı vəziyyətinin kompleks 
təhlili və onun milli iqtisadiyyatda rolunun qiymətləndirilməsi əsasında, 
bazarın inkişaf istiqamətlərini və real sektorun maliyyələşdirilməsində 
rolunun artırılması yollarını müəyyənləşdirməklə elmi cəhətdən 
əsaslandırılmış təklif və tövsiyələr hazırlamaqdan ibarətdir. 
Bu məqsədə çatmaq üçün aşağıdakı tədqiqat vəzifələrinin həlli 
məqsədəuyğun hesab edilmişdir: 

maliyyə bazarının mahiyyəti, funksiyaları və milli iqtisadiyyatın 
inkişafına təsiri mexanizminin araşdırılması; 

Azərbaycanda qiymətli kağızlar bazarının formalaşması və 
inkişafı xüsusiyyətlərinin müəyyənləşdirilməsi və mövcud vəziyyətinin 
qiymətləndirilməsi; 




milli iqtisadiyyatın maliyyələşdirilməsində qiymətli kağızlar 
bazarının rolunu müəyyən edən amillərin araşdırılması; 

bank kreditləri və qiymətli kağızların buraxılışı vasitəsilə milli 
iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının öyrənilməsi; 
ölkə 
iqtisadiyyatının 
maliyyələşdirilməsinin 
mövcud 
mexanizminin araşdırılması; -qiymətli kağızlar bazarının inkişafı 
istiqamətləri və iqtisadiyyatın maliyyələşdirilməsində onun rolunun 
artırılmasına dair təklif və tövsiyələrin hazırlanması. 
Buraxılış işinin obyekti kimi Azərbaycan Respublikasının 
qiymətli kağızlar bazarı seçilmişdir. 
Buraxılış işinin predmetini qiymətli kağızlar bazarının inkişaf 
xüsusiyyətlərinin 
öyrənilməsi 
və 
onun 
milli 
iqtisadiyyatın 
maliyyələşdirilməsində rolunun artırılması məsələləri təşkil edir. 
Buraxılış işinin nəzəri və metodoloji əsasları. Buraxılış işinin 
nəzəri və metodoloji əsasını iqtisad elminin klassiklərinin və apancı 
iqtisadçı alimlərin əsərləri, Azərbaycan Respublikasıma müvafiq 
qanunları, ölkə Prezidentinin fərmanları, Nazirlər Kabinetinin qərar və 
sərəncamları, digər hüquqi-normativ sənədlər təşkil edir. 
Buraxılış işində müqayisə, iqtisadi statistik təhlil, elmi abstraksiya, 
proqram məqsədli yanaşma və s. üsullardan istifadə olunmuşdur. 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin