Ali-Muhammedin sirleri indd


HƏDİS 34 Siffi n döyüşünün ən şiddətli Hərir gecəsi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə136/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   132   133   134   135   136   137   138   139   ...   227
AliMuhemmedin sirleri

175
HƏDİS 34
Siffi n döyüşünün ən şiddətli Hərir gecəsi
Aban deyir ki, Süleymdən Siffi n müharibəsinin şahidi olduğunu soruşdum
1
və o da “Bəli” deyə cavab verdi. Dedim: “Bəs Hərir gününün necə, şahidi ol-
dunmu?” Yenə də “Bəli” deyə cavab verdi. Dedim: “Həmin vaxt neçə yaşın 
vardı?” “Qırx”
2
dedi. Dedim: “Allah sənə rəhm eləsin! Həmin hadisəni mənə 
danış”.
Dedi: “Bəli! Nəyi unutsam da bu hadisəni əsla unutmaram”. Sonra ağlaya-
raq sözünə davam etdi: “Onlar orduda səf tutdular və biz də cərgələrə düzüldük. 
Maliki Əştər tünd qara rəngli atla çölə çıxdı. Atın yan tərəfi ndə dayanmışdı. Si-
lahını atının üzərindən asmışdı. Mizrağı əlində idi və onunla başımıza vuraraq 
deyirdi: “Səfl ərinizi düzəldin!”
Bölüklər nizamlanıb səfl ər düzəldikdə atına minib iki səf arasında dayan-
dı. Kürəyini şamlılara çevirmiş, üzü bizə tərəf idi. Allaha həmd və səna edib, 
Peyğəmbərə (s) salavat göndərib dedi:
“Yer üzünün bu küncündə yaxınlaşmış əcəllər və tamamlanmalı işlər üçün 
toplanmağımız şübhəsiz ki, Allahın qəza və qədərindəndir. Bu döyüşdə bi-
zim rəhbərimizi müsəlmanların ağası, möminlərin əmiri, vəsilərin ən xeyirli-
si, Peyğəmbərimizin (s) əmisi oğlu, qardaşı və varisidir. Qılınclarımız Allahın 
qılınclarıdır. Onları başçıları isə ciyər yeyən qadının oğlu, nifaq mağarası və 
Əhzabdan (Xəndək savaşından) qalandır. Onları bədbəxtliyə və oda sürükləyir. 
Biz onlara qarşı döyüşməklə Allahın savabına ümid edirik. Onlar isə əzabı 
gözləyirlər. Ortalıq qızışıb döyüş şiddətləndikdə, atlar bizim və onların ölüləri 
üzərində gəzdikdə biz onları öldürmək üçün Allahın yardımını diləyirdik. Qu-
lağımıza qarışıq sözlərdən və səs-küydən başqa heç nə gəlmirdi.
Ey insanlar! Gözlərinizi qıyın və dişləriniz bir-birinə möhkəm sıxın ki, 
tərpənməsin. Həqiqətən bu başa vurulan zərbədən daha ağrılıdır. Düşməni üz-
üzə qarşılayın, qılınclarınızın dəstəyindən sağ əllərinizdə yapışın, zərbəni baş-
lara endirin, mizraqlarınızı qabırğanın altına batırın, həqiqətən bu öldürücü-
1
Qarşıdakı söhbətlərdə “Süleym dedi” sözləri həqiqətən də Süleymin Siffi n döyüşünün 
əvvəlindən sonunadək orada iştirak etməsini bir daha təsdiqləyir.
2
Buna əsasən Süleymin hicrətdən 2 və ya 4 il əvvəl doğulduğu anlaşılır. Belə ki, Siffi n döyüşü 
hicrətin 36-38-ci illərində baş vermişdir.


176
Suleym ibn Qeys Hilali
dür. Atalarının qanı tökülmüş, qardaşlarının qanını almaq üçün intiqam hissilə 
düşmənin üzərinə yeriyən və özünü ölümə hazırlamış kəslər kimi sərt olun. 
Beləcə alçalmaz və dünyada utanacağınız bir şeyiniz qalmaz”.
Sonra iki ordu bir-birilə qarşılaşdı və aralarındakı boyük hadisə baş verdi. 
Ərəbin öndə gedənlərindən yetmiş min nəfərin ölməsilə bir-birlərindən ayrıldılar. 
Döyüş cümə axşamı günü, günəş yüksələrkən başladı və gecənin ilk üçdə birinə 
qədər davam etdi. Əsgərlərdən günortandan gecə yarısına qədər dörd namazı: 
zöhr, əsr, məğrib və işanı bir nəfər də qılmadı və Allaha səcdə edən olmadı.
1

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin