Həssanın Qədir Xumda Peyğəmbərin (s) hüzurunda
söylədiyi şeir
Həssan ibn Sabit dedi: “Ya Peyğəmbər! İzn ver Əli haqqında şeir söyləyim!”
Peyğəmbər (s) buyurdu: “Allahın bərəkətilə, söylə!”
Həssan dedi: “Ey Qüreyş şeyxləri! Peyğəmbərin (s) şahidliyində sözlərimi
dinləyin:
«Bilmirsinizmi ki, Muhəmməd peyğəmbər
Xum ağaclarının altında qalxıb nida elədi
Cəbrayıl Rəbbinin yanından gəlib
Sən qorunmusan, elə isə zəifl ik göstərmə.
Allahın endirdiyini onlara təbliğ et.
Əgər bunu etməsən və zülmlərindən çəkinsən
Allahlarının risalətini onlara təbliğ etməmişsən.
Əgər düşmənlərdən qorxsan
1
“Maidə” surəsi, ayə 3.
192
Suleym ibn Qeys Hilali
O an da qalxıb ayağa, əlini yüksəltdiyində
(Əlinin) əli sağ əlində ikən uca bir səslə:
“Mən sizdən kimin mövlasıyamsa dedi,
Və hər kim sözümü qoruyub unutmursa
Əli də məndən sonra onun mövlasıdır.
Başqasına deyil, mən sizin üçün ona razıyam
Ey Rəbbim Əlini sevəni Sən də sev,
Ona düşmən olana Sən də düşmən ol!
Ey Rəbbim - on dörd gecəlik ay zülmətlərə nur saldığı kimi
Hidayətə işıq saçana yardım edənə yardım et!
Və ey Rəbbim, onu alçaldanı alçalt,
Hesab günü həbs edildikdə Sən onlara kafi sən!”
Kitabın 69-cu nüsxəsinin əlyazmasından nəql olunur. Bu hədislə uyğunlu-
ğu olduğu üçün burada qeyd edirik:
Qədir Xumda etiraz
Peyğəmbər (s) günorta vaxtı ayağa qalxdı, bir çadır qurulmasına göstəriş
verdi və Əliyə (ə) həmin çadıra daxil olmasını buyurdu. Peyğəmbərin (s) beyət
etmək əmrini verdiyi ilk kəslər Əbu Bəkr və Ömər idi. O ikisi ayağa qalx-
mazdan əvvəl Peyğəmbərə (s) bu sualı verdilər: “Bu beyət Allahın əmridir?”
Peyğəmbər (s) o ikisinə belə cavab verdi: “Bəli Uca Allahın əmridir. Bilin ki,
kim bu beyəti pozsa, kafi rdir. Kim Əliyə (ə) itaət etməzsə kafi rdir. Əlinin sözü
mənim sözüm, əmri mənim əmrimdir. Əlinin əmrinə və sözünə qarşı çıxan kəs
mənə qarşı çıxmışdır”.
Bu sözü onlara təkidlə söylədikdən sonra cəld beyət etmələrini əmr etdi.
Onlar qalxıb Əlinin yanına getdilər və “Möminlərin əmiri” ünvanı ilə beyət
etdilər. Ömər beyət edərkən dedi: “Nə xoş sənin üçün, ya Əli! Mənim, bütün
kişi və qadın möminlərin mövlası oldun”. Sonra Peyğəmbər (s) Salman və Əbu
Zərrə beyət etmələrini buyurdu. Onlar bir söz söyləmədən qalxdılar...”
Ali-Muhəmmədin sirləri
Dostları ilə paylaş: |