Peyğəmbərin (s) və Əlinin (ə) yaradılışı
Əli ibn Əbu Talib ayağa qalxdı və dedi: “Ya Peyğəmbər! Mən kiməm,
nəslimi və nəsəbimi söylə ki, camaat mənim səninlə olan yaxınlığımı bilsinlər”.
Peyğəmbər (s) buyurdu: “Ya Əli! Sən və mən Ərşin altında asılmış nur-
dan olan iki sütundan xəlq edildik. Məxluqlar yaradılmazdan iki min il əvvəl
Məliki (Allahı) təqdis edirdilər. Sonra o iki sütundan ağ, bükülmüş iki məni
yaratdı. Onları seçmə və şərəfl i sülblərdən pak və təmiz rəhmlərə nəql etdi.
Yarısını Abdullahın sülbündə və yarısını da Əbu Talibin sülbündə qərar verənə
qədər belə davam etdi. Onun bir parçası mən və bir parçası da sənsən. Bu, Al-
lahın həmin sözüdür: “İnsanları sudan (nütfədən) yaradan, onları əvvəlcə
əsl qohum və sonradan (kürəkən) qohumu edən Odur. Rəbbin qadirdir!”
1
İmam Əli (ə) Allahla bəndələri arasında bir səbəbdir
Ya Əli! Sən məndən və mən də səndənəm. Ətin ətimə və qanın qanıma
qarışmışdır. Sən məndən sonra Allahla məxluqları arasındakı səbəbsən. Kim
sənin vilayətini inkar etsə, özü ilə Allah arasındakı səbəbi (bağı) qoparmışdır
və cəhənnəmin ən alt dərəcələrindən birində olacaq.
Ya Əli! Allah yalnız mənimlə və sonra səninlə tanınar. Sənin vilayətini in-
kar edən Allahı və Onun rübubiyyətini inkar etmişdir.
1
“Furqan” surəsi, ayə 54.
Ali-Muhəmmədin sirləri
209
Ya Əli! Sən məndən sonra Allahın yer üzündəki ən böyük əlaməti və
qiyamətdə ən böyük rüknsən. Kim sənin kölgənə sığınsa, qələbə çalar. Çünki
məxluqların hesabı sənə həvalə edilmişdir və sənə (vilayətinə) qayıdacaqlar.
Mizan sənin mizanın, yol (Sirat) sənin yolun, (qiyamət) dayanacağı sənin da-
yanacağın və hesab sənin hesabındır. Sənə arxalanan xilas olar və sənə müxalif
çıxan məhv və həlak olar. İlahi, şahid ol! İlahi şahid ol!”
Sonra Peyğəmbər (s) aşağı endi.
|