Ali-Muhammedin sirleri indd


HƏDİS 56 Savaşlarda mühacir və ənsardan İmam Əliyə (ə) qarşı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə185/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   181   182   183   184   185   186   187   188   ...   227
AliMuhemmedin sirleri

237
HƏDİS 56
Savaşlarda mühacir və ənsardan İmam Əliyə (ə) qarşı 
heç kim yox idi
Dedi: Süleym dedi ki, nə Təlhə və Zübeyrlə, nə Müaviyə ilə və nə də Nəhrivanda 
xəvariclə birgə savaşda mühacir və ənsardan bir nəfər də olsun yox idi.
Səd xəvariclərin başçıları haqda xəbər verir
Sədin Muxdəci belə yad etdiyini eşitdim: “İmam Əli (ə) buyurdu: “Rəzil 
Şeytan dərəsi məhv olsun! Peyğəmbərin (s) belə dediyini eşitdim: “Anası Bəni-
Səlim qəbiləsindən olan kölədir, atası isə Şeytan!”


238
Suleym ibn Qeys Hilali
HƏDİS 57
İmam Əliyə (ə) qarşı çıxan üç nəfərin peşmançılığı
Süleym ibn Qeys deyir ki, bir gün Muhəmməd ibn Məsləmə, Səd ibn Ma-
lik
1
və Abdullah ibn Ömərlə
2
oturmuşduq. Onların belə dediklərini eşitdim: 
“Əliyə yardım etməkdən və azğın qövmlə savaşmaqdan boyun qaçırdığımıza 
görə həlak olacağımızdan qorxuruq”.
Dedim: “Allaha and olsun ki, həqiqətən də Əlinin (ə) belə dediyini 
eşitmişəm: “Peyğəmbər (s) mənə Nakisinlər, Qasitinlər və Mariqinlərlə savaş-
mağı əmr edib”.
Onlar ağladılar, sonra dedilər: “Əli (ə) düz deyir, onun Allahın və rəsulunun 
adından söylədiklərinin hamısı həqiqətdir. Ona xilaf çıxdığımıza və aciz burax-
dığımıza görə Allahdan bağışlanma diləyəcəyik”.
1
Əbu Vaqqasın oğludur.
2
Bu üç nəfər Əliyə (ə) olan beyətlərinə xilaf çıxdılar və savaşa getməkdən boyun qaçırdılar. İbn 
Əbu Hədid deyir ki, Məhəmməd ibn Məsləmə Əbu Bəkrə beyət günü orada idi və Zübeyrin 
qılıncını yerə vurub sındıran da məhz odur. 


Ali-Muhəmmədin sirləri
239
HƏDİS 58
Abanın Həsən Bəsriyə qarşı dəlilləri
Əmirəl-mömininin (ə) ayaq basdığı torpaqdan təbərrük
Süleym ibn Qeys dedi: “Salman belə dediyini eşitdim: “Peyğəmbər (s) 
Əliyə (s) dedi: “Əgər ümmətimdən bir dəstə insan xristianların İsa ibn Məryəm 
haqqında söylədiklərini deməsəydilər sənin barəndə elə bir söz söyləyərdim ki, 
ümmətim torpaqdakı ayaq izlərini izləyər və onu öpərdilər”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin