Ali-Muhammedin sirleri indd


Həsən Bəsrinin dilindən Əmirəl-mömininin (ə) fəzilətləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə186/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   182   183   184   185   186   187   188   189   ...   227
AliMuhemmedin sirleri

Həsən Bəsrinin dilindən Əmirəl-mömininin (ə) fəzilətləri
Aban dedi: “Əbu Xəlifənin
1
evində Salmandan Süleymin mənə nəql etdiyi 
bu hədisi Həsən Bəsriyə danışdım. Həsən dedi: “Allaha and olsun, Əli haqqında 
iki hədis eşitmişəm və onları heç kimə danışmamışam”. Sonra mələklərin Əliyə 
salam verdikləri hədisini və Ühüd döyüşündə baş vermiş hadisəni söylədi.
2
1
Əbu Xəlifə Həccac ibn Əbu İtab əd-Deyləmi əl-Əbdi əl-Bəsri. O, Həccac Səqəfi nin zülmündən 
bir çoxlarının evinə pənah gətirdiyi şəxsdir.
2
“Bihar”da (c.39, s.9) İbn Abbasa istinadla rəvayət olunur ki, Peyğəmbər (s) Bədr döyüşündə 
gecə vaxtı bir nəfərin könüllü olaraq su gətirmək üçün çıxmasını istədi. Əli (ə) könüllü oldu 
və çölə çıxdı. O gecə küləkli, soyuq və qaranlıq idi. Əli (ə) su tuluğunu götürdü və yola düşdü. 
Quyuya çatdıqda qab tapa bilmədi. Çarəsiz qalıb quyuya endi. Tuluğu doldurub çıxdı və yola 
düşdü. Qarşısından şiddətli bir külək əsdi. Yerə oturdu və külək ötüşənə qədər gözlədi. Sonra 
qalxdı, bu zaman ikinci bir külək əsdi. Oturdu və o keçənə qədər yenə gözlədi. Sonra qalxdı 
və üçüncü bir külək daha əsdi. Oturdu və o keçənə qədər də gözlədi.
Geri qayıtdıqdan sonra Peyğəmbər (s) soruşdu: “Ya Əbul-Həsən! Niyə gecikdin?” Əli (ə) 
dedi: “Şiddətli bir küləklə qarşılaşdım. Arxasından başqa bir küləklə və onun arxasından da 
digər bir küləklə, titrədirdim”. Peyğəmbər (s) dedi: “Ya Əli! Onun nə olduğunu bilirsən?” Əli 
(ə) dedi: “Xeyr”. Peyğəmbər (s) buyurdu: “O, Cəbrayıl idi və yanında min mələk də vardı. 
Cəbrayıl və o mələklər sənə salam verdilər. Sonra Mikayıl min mələklə birlikdə keçdi. Mika-
yıl və o mələklər də sənə salam verdilər. Sonra İsrafi l min mələklə birlikdə keçdi. İsrafi l və o 
mələklər də sənə salam verdilər”.
Yenə də “Bihar”da (c.20, s.85) rəvayət olunur: “Ühüd döyüşündə Peyğəmbər (s) dağ tərəfdən 
gələn bir dəstə düşmənə işarə etdi. Əli (ə) onlara hücum edib pərəm-pərəm saldı. Sonra başqa 
bir dəstəyə işarə elədi. Əli (ə) yenə onlara hücum edib geriyə oturtdu. Sonra yaxınlaşan digər bir 
dəstə düşməni göstərdi. Əli (ə) onların da üzərinə hücum edib qaçmağa məcbur elədi. Cəbrayıl 
enib dedi: “Ya Peyğəmbər! Mən və mələklər Əlinin sənə qarşı bu fədakarlığından və sənə etdiyi 
yardımdan heyrətə gəlmişik”. Peyğəmbər (s) buyurdu: “Niyə də olmasın?! Mən ondanam və o 


240
Suleym ibn Qeys Hilali
Həsən Bəsri bunları söylədikdən sonra mən hər iki hədisi Süleymin kitabında 
tapdım. Onları Əlidən (ə) eşitmiş və nəql etmişdi.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin