Ali-Muhammedin sirleri indd


Müsəlmanların ummul-muminin ilə imtahanı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə200/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   196   197   198   199   200   201   202   203   ...   227
AliMuhemmedin sirleri

Müsəlmanların ummul-muminin ilə imtahanı
Sonra Təlhə və Zübeyr yanıma gəlib Ümrəyə getmək üçün məndən izin 
istədilər. Mənə olan beyətlərini pozmayacaqları, xəyanət etməyəcəkləri və 
əleyhimə üsyan qaldırmayacaqları barədə ikisindən də söz aldım. Sonra 
Məkkəyə getdilər. Aişəni götürüb cahil və düşüncələri dar olan bir şəhər əhlinə 
(Bəsrəyə) tərəf apardılar. Onları mənə olan beyətlərini pozmağa və qanımı ha-
lal bilməyə məcbur etdilər”.
Ardınca Əli (ə) Aişəni, evindən çıxmasını və düçar olduğu şeyləri qeyd 
etdi. Əmmar dedi: “Ey Möminlərin əmiri! Onun barəsində danışmaqdan şəkin! 
Çünki o sənin anandır”. Aişə barəsində danışmağı tərk etdi və başqa mövzu-
ya keçdi. Amma yenidən həmin söhbətə qayıdıb əvvəlkindən daha ağır sözlər 
söylədi. Əmmar dedi: “Ey Möminlərin əmiri! Onun haqqında danışmaqdan 
çəkin. Çünki o sənin anandır!” Yenə bu barədə söhbəti tərk etdi. Amma üçüncü 
dəfə yenidən onun barəsindəki sözlərinə qayıtdı və əvvəlkilərindən daha ağır 
sözlər işlətdi. Əmmar dedi: “Ey Möminlərin əmiri! Onun barəsində danışmaq-


262
Suleym ibn Qeys Hilali
dan çəkin. Çünki o sənin anandır!” Əli (ə) buyurdu: “Əsla! Mən Allaha qarşı 
çıxanlar qarşısında Allahla birlikdəyəm. Allah sizi öz ananızla imtahan elədi ki, 
Onunla, yoxsa ananızla eyni səfdə durduğunuz bilinsin!”
Xəlifə təyini nəzəriyyəsində ziddiyətli sözlər
Süleym deyir: “Sonra Əli (ə) o üçünə olunan beyət barədə danışıb dedi: 
“Ömrümə and olsun, əgər məsələ onların dedikləri kimi olsaydı... Amma Allaha 
and olsun ki, onları dedikləri kimi deyil!” Sonra susdu. Əmmar dedi: “Onlar nə 
deyirdilər?” Buyurdu: “Deyirlər ki, Peyğəmbər (s) heç kimi öz yerinə xəlifə təyin 
etmədi və xəlifə seçməyi məşvərət yolu ilə ümmətin öz öhdəsinə buraxdı. Amma 
söylədiklərinə əsasən belə, əmr olunduqlarını tərk edib öz istədikləri kimi etdilər. 
Ümmət heç bir məşvərət keçirmədən və onların razılığı alınmadan bir dəstə adam 
yaşlı səhabəyə beyət elədi. Sonra məni və səhabələrimi beyət etməyə məcbur 
etdilər. Ardınca da heç bir məşvərət olmadan yaşlı səhabə Səhhakın oğluna beyət 
etdi. Səhhakın oğlu isə özündən sonra xilafəti altı nəfərlik şuraya həvalə etdi, bü-
tün ənsar və mühacirləri şuradan kənarda saxladı və dedi: “Səhib (və ya Suheyb) 
üç gün camaata namazda imamlıq eləsin”. Camaata isə əmr elədi: “Əgər üç gün 
bitdikdə bu altı nəfər bir nəticəyə gələ bilməsələr onların boyunlarını vurun, əgər 
dördü bir şəxs barədə ittifaq edib ikisi qarşı çıxarsa, o ikisini öldürün!” Mənim 
barəmdə isə camaat üç gün məşvərət elədi və etdikləri beyət hamısının rəy birliyi 
ilə baş verdi. Sonra da gördüklərinizi elədilər! 
Ardınca İmam (ə) buyurdu: “Musa Haruna dedi: “Onların azdıqlarını gör-

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin