Ali-Muhammedin sirleri indd


Onların müqabilində on iki İmamın (ə) bəyanı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə204/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   200   201   202   203   204   205   206   207   ...   227
AliMuhemmedin sirleri

Onların müqabilində on iki İmamın (ə) bəyanı
Peyğəmbər (s) buyurdu: “Mən bu evdə olan bütün kişi və qadınların hamı-
sını şahid tuturam ki, Əli ibn Əbu Talib ümmətim arasında mənim xəlifəmdir. 
O, möminlərə öz canlarından daha övladır. O, vəfat etdikdə bu oğlum “əlini 
Həsənin başına qoydu), o da vəfat etdikdə bu oğlumdur (əlini Hüseynin başına 
qoydu). Sonra Hüseynin övladlarından bir-biri ardınca gələcək doqquz nəfərdir. 
Onlar Allahın bu sözündə nəzərdə tutduğu şəxslərdir: Allaha, Peyğəmbərə və 
özünüzdən olan əmr sahiblərinə itaət edin!”.
1
 Sonra Peyğəmbər (s) İmamlar 
(ə) barəsində nazil olan bir ayəni belə buraxmadan hamısını oxudu”.
Peyğəmbərin (s) yuxusu
O üçü qalxıb getdilər. Mən və səhabələrim Salman, Əbu Zərr və Miq-
dad, eləcə də Fatimə, Həsən və Hüseyn də qaldılar. Peyğəmbərin xanımları və 
Fatimədən başqa Peyğəmbərin (s) digər qızları da getdilər. Sonra Peyğəmbər 
(s) buyurdu: “Bu üçünü və Bəni-Üməyyədən doqquz nəfərin - ikisi Əbu Süfyan 
ailəsindən və yeddisi isə Həkəm ibn Əbul-As nəslindən olanların ümmətimi 
köhnə cahiliyyə dinlərinə qaytardıqlarını gördüm”.
Əli (ə) bunları dediyi vaxt Ziyadın evi Peyğəmbər (s) səhabələri ilə doluydu. 
Onlara səslənib buyurdu: “Eşitdiklərinizi doğru yolu tapmaq istəyənlərdən başqa 
hər kəsdən gizləyin. Ey Ziyad! Məndən sonra şiələrim barədə Allahdan qorx!”
Ziyadın yanından çıxdıqda üzünü bizə tərəf tutub dedi: “Müaviyə onun 
qardaşı olduğunu iddia edəcək və o da şiələrimi qətlə yetirəcək. Allah ona lənət 
eləsin”.
1
“Nisa” surəsi, ayə 59.


266
Suleym ibn Qeys Hilali
HƏDİS 68
İbrahım Nəxəi İmamları (ə) iqrar edir
Süleymin kitabında Əməşdən, o da Xeysəmədən nəql edir: “İbrahim 
Nəxəinin ölümü yaxınlaşdıqda mənə dedi: “Məni özünə yaxınlaşdır”. Mən onu 
qucaqladım. Dedi: “Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur, şəriksizdir. 
Və şəhadət verirəm ki, həqiqətən də Muhəmməd (s) onun elçisi, Əli ibn Əbu 
Talib Muhəmmədin vəsisi, Həsən Əlinin vəsisi, Hüseyn Həsənin vəsisi, Əli ibn 
Hüseyn isə Hüseynin vəsisidir”.
Sonra gözləri yumulub halı dəyişdi. Özünə gəldikdə dedi: “Səndən başqası 
məni eşitdi?” Dedim: “Xeyr”. Dedi: “Bunun üzərində həyat sürmüş və bunun 
üzərində də dünyadan köçürəm. Əlqəmə və Əsvəd
1
də bu şəhadətin üzərində 
idilər. Kim bunun üzərində olmasa, İslamdan heç bir şey üzərində deyil”.
1
Bu iki nəfər İbn Məsudun şagirdləridir. 


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin