Ali-Muhammedin sirleri indd


Üçüncü cavab: “Mənzilət” hədisi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə52/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   48   49   50   51   52   53   54   55   ...   227
AliMuhemmedin sirleri

Üçüncü cavab: “Mənzilət” hədisi
Həmçinin Peyğəmbərin (s) bu sözü: “Sən peyğəmbərlikdən başqa mənə 
Harunun Musaya olan nisbətindəsən”. Məgər xəlifəliyin peyğəmbərlikdən ayrı 
olduğunu bilmirsinizmi? Əgər peyğəmbərliklə bərabər başqa şeylər də olsaydı, 
Peyğəmbər (s) onu da istisna edərdi.
Dördüncü cavab: “Səqəleyn” hədisi
Eləcə də Peyğəmbərin (s) bu sözləri: “Mən sizin aranızda iki şey buraxdım. 
O ikisinə sarılsanız əsla yoldan çıxmazsınız. Allahın Kitabı və itrətim. Onlar-
dan önə keçməyin və geridə də qalmayın! Onlara bir şey öyrətməyin, çünki 
onlar sizdən daha elmlidirlər”. Allahın Kitabını və Peyğəmbərin (s) sünnəsini 
ən yaxşı bilən şəxsdən başqası ümmətin xəlifəsi ola bilməz. Uca Allah buyurur: 
De: “Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox 
layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə 
olub? Necə mühakimə yürüdürsünüz?”.
2
 Həmçinin, “Allah sizdən ötrü onu 
seçmiş, elm və bədəncə ona üstünlük vermişdir”.
3
; “Əgər doğru deyirsinizsə, 
mənə bundan əvvəl bir kitab, yaxud elmdən qalan bir şey (əsər) gətirin!”
4
 
Peyğəmbər (s) belə buyurmuşdur: “Aralarında daha elmli bir şəxs olduğu halda 
heç bir ümmət rəhbərliyini başqasına həvalə etməz. Əks halda tərk etdikləri 
şeyə qayıdanadək başçıları anbaan alçalmağa doğru gedər”. Elə isə, vilayət 
ümmət üzərində rəhbərlikdən başqa bir şeydir?!
Beşinci cavab: “İmam Əliyə (ə) “Möminlərin əmiri” 
ünvanı ilə salam verilməsi” hədisi
Onların yalan, batil və fasiq iddialarının digər bir dəlili, onların 
məhz Peyğəmbərin (s) əmrilə mənə “Möminlərin əmiri” ünvanıyla salam 
1
İki səhabə.
2
“Yunus” surəsi, ayə 35.
3
“Bəqərə” surəsi, ayə 247.
4
“Əhqaf” surəsi, ayə 4.


70
Suleym ibn Qeys Hilali
vermələridir. Bu onlara (həmin beş nəfərə), xüsusilə sənə, səninlə birlikdə olan 
kəsə (Zübeyrə), bütün ümmətə, bu ikisinə (əlilə Əbdürrəhman ibn Ovfa və Sad 
ibn Əbu Vaqqasa işarə etdi) və bu zalım xəlifənizə (Əffanın oğluna) bir höccət 
və dəlildir. 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin