Ali-Muhammedin sirleri indd


HƏDİS 12 İmam Əlinin (ə) mübarək ömrünün son ilində söylədiyi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə59/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   55   56   57   58   59   60   61   62   ...   227
AliMuhemmedin sirleri

77
HƏDİS 12
İmam Əlinin (ə) mübarək ömrünün son ilində söylədiyi 
xütbəsi
Aban Süleymdən nəql edir: “Möminlərin əmirinin (ə) ətrafında oturmuş-
duq. Bir dəstə səhabəsi də yanında idi. Onlardan biri dedi: “Ey Möminlərin 
əmiri! Kaş ki, camaatı döyüşə çağırardın!”
Əli (ə) ayağa qalxdı və xütbə söylədi: “Bilin ki, mən sizi döyüşə dəvət 
etdikdə siz qaçdınız. Sizə nəsihət verdim, amma siz qəbul etmədiniz. Sizi dəvət 
etdim, amma dinləmədiniz. Siz qaib olan şahidlər, yaşayan ölülər və qulaqları 
olan karlar kimisiniz. Sizə hikmət söyləyir, şəfa verən və kifayət edən moizələrlə 
nəsihətlər verir və zülm əhli ilə döyüşməyə təşviq edirəm. Lakin sözümün so-
nuna çatmadan sizi pərakəndə halqalar kimi dağıldığınızı görürəm. Bir-birinizə 
şeir oxuyur, məsəllər çəkir və xurmanın, südün qiymətini soruşursunuz!
Əlləriniz qurusun! Döyüşdən və hazırlıqdan düşmüsünüz. Qəlbinizi döyüşü 
yad etməkdən təmizləyib rahatlaşmısınız. Onu yalanlarla, azdırıcı şeylərlə və boş 
işlərlə məşğul etdiniz. Vay olsun sizə! Onlar sizinlə döyüşmədən əvvəl siz onlarla 
döyüşün! Allaha and olsun, elə bir qövm yoxdur ki, evlərinin ortasında hücuma 
məruz qalıb zəlil olmasın. Allaha and olsun, düşmənlər bunu edənə qədər (sizin 
mənim söylədiklərimi) edəcəyinizi zənn etmirəm. Onları görmək istərdim. Ardın-
dan bəsirət və yəqinimlə Allaha qovuşar, dərdlərinizin mənə çəkdirdiklərindən və 
sizinlə məşğul olmaqdan rahatlıq tapardım. Siz çobanı itmiş dəvə sürüsü kimisi-
niz. Bir tərəfi toplansa digər tərəfdən dağılar. Allaha and olsun, əgər döyüş qızışsa 
və ölüm qorxusu yaxınlaşsa başın yarılıb açılması və qadının doğum əsnasında 
uşağından ayrılması kimi Əli ibn Əbu Talibdən ayrılacağınızı görən kimiyəm”.
Niyə görə İmam Əli (ə) Əffanın oğlu kimi sükut etməyi 
seçmədi?
Əşəs ibn Qeys əl-Kindi dedi: “Sən də Əffanın oğlu kimi edə bilməzdin?!” 
Əli (ə) dedi: “Ey atəş qoxusu!
1
Mənim Əffanın oğlu kimi rəftar edəcəyimi 
zənn edirsiniz? Ey Qeysin oğlu! Mən, söylədiyinin şərindən Allaha pənah apa-
1
Bu xitabla Əşəs ibn Qeysə müraciət edir. Rəvayətə əsasən, Əş`əsin ölümü vaxtı baş verən 
hadisəyə işarədir.


78
Suleym ibn Qeys Hilali
rıram. Allaha and olsun ki, Osmanın etdiyi dinsiz və haqq əlində olmayan şəxs 
üçün belə alçaqlıqdır. Rəbbimdən açıq dəlil üzərində olduğum, höccəti əlimdə 
və haqqı mənimlə ikən bunu necə edə bilərəm?!
Allaha and olsun, bir kəs qarşısını almağa gücü olduğu təqdirdə düşmənin 
ətini parçalamasına, dərisini üzməsinə, sümüklərini qırmasına və qanını 
tökməsinə icazə versə günahı çox böyükdür və sinəsində yer verdikləri olduqca 
zəifdir. Ey Qeysin oğlu, sən belə ol! Amma mənə gəlincə, öz əlimlə onlara bir 
qılınc zərbəsi vuraram ki, başları havaya uçar, o zərbəylə bu əl və yumruqlar 
məhv olar. Bundan azına razı olmaram. Sonra da Allah nə diləsə onu edər!
Vay olsun sənə, ey Qeysin oğlu! Mömin hər cür ölümlə ölər. Amma özünü 
əsla öldürməz. Hər kim canını qorumağa qüdrəti olduğu halda qatililə öz arası-
nı boş buraxsa, özünü öldürmüşdür.
Vay olsun sənə, ey Qeysin oğlu! Bu ümmət yetmiş üç fi rqəyə bölünəcək. 
Onlardan biri Cənnətdə, yetmiş ikisi oddadır. Onların ən pisi, Allah yanında ən 
çox nifrət ediləni və Ondan ən uzağı gecə vaxtı öz aralarında sövdələşib “heç 
bir savaş olmayacaq” deyənlərdir. Onlar yalan danışırlar. Halbuki, Uca Allah 
kitabında və Peyğəmbər sünnəsində həddi aşan zalım kəslərlə və yoldan azan-
larla savaşmağı əmr etmişdir”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin