Ali-Muhammedin sirleri indd


oldu ki, məni izləmədin? Əmrimə asimi oldun?” (Harun) belə cavab verdi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə61/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   57   58   59   60   61   62   63   64   ...   227
AliMuhemmedin sirleri

oldu ki, məni izləmədin? Əmrimə asimi oldun?” (Harun) belə cavab verdi: 
“Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə”. “Ey anam oğlu! 
Saçımdan, saqqalımdan tutma. Doğrusu, sənin: “İsrail oğulları arasına ay-
rılıq saldın, sözümə baxmadın!” -deyəcəyindən qorxdum”.
1
Peyğəmbərin (s) sözlərində məqsədi bu idi: “Musa Harunu onlar arasında 
öz yerinə xəlifə qoyub getdiyi zaman ona əmr etmişdi: əgər yoldan azsalar 
və yardımın olsa, onlarla savaş. Əgər yardımın olmasa əlini dinc saxla, canını 
qoru və onlar arasında ayrılıq yaranmasına imkan vermə”. Mən də qardaşım 
Peyğəmbərin (s) eyni sözü mənə söyləməsindən qorxdum: “Niyə ümmət ara-
sında ayrılıq yaratdın və mənim sözümü dinləmədin?! Halbuki səndən, yardım 
tapa bilməsən əl saxla, özünün, Əhli-Beytinin və tərəfdarlarının canını qoru” 
deyə əhd almışdım”.
İmam Əlinin (ə) savaşa qalxması
Peyğəmbər (s) dünyadan köçdükdə camaat yaşlı səhabəyə beyət edərkən 
mən onun qüslü, kəfənləməsi və dəfnilə məşğul idim. Sonra Quranla məşğul 
oldum. Quranın hamısını bir kitabda toplayana qədər namazdan başqa bir şey 
üçün kürəyimə əba atmayacağıma öz-özümə and içdim və bunu etdim.
Sonra Fatiməni (bir ulağa) mindirib, iki oğlum – Həsən və Hüseynin 
əllərindən tutdum. Bədr döyüşündə iştirak edənlərdən, ənsar və mühacirlərdən 
bir nəfəri belə unutmadım. Öz haqqım barəsində onların hər birinə Allahı şa-
hid tutdum və onları yardıma çağırdım. Amma bütün camaatdan yalnız dörd 
nəfər mənim dəvətimə müsbət cavab verdilər. Onlar: Salman, Əbu Zərr, Miq-
dad və Zübeyr idi. Ev əhlimdən də mənimlə birlikdə çiyin-çiyinə dayanacaq, 
1
“Əraf” surəsi, ayə 150, “Taha” surəsi, ayə 92-93.


80
Suleym ibn Qeys Hilali
ondan yardım və güc alacağım bir kəs yox idi. Həmzə Bədrdə, Cəfər də Mütə 
döyüşündə öldürülmüşdülər. Mən kobud, pis xasiyyətli, həqir və aciz iki nəfərin 
- Abbasla Əqilin arasında qaldım. Onlar küfrə əhdlərindən daha yaxın idilər.
Məni məğlubiyyətlə razılaşmağa məcbur qoydular və yalnız buraxdılar. 
Mən də Harunun qardaşına söylədiyi bu sözü söylədim: “Ey anam oğlu! Bu 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin