Ali-Muhammedin sirleri indd



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə64/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   60   61   62   63   64   65   66   67   ...   227
AliMuhemmedin sirleri

Şiə, nasibi, müstəzəf
Əşəs dedi: “Allaha and olsun, əgər məsələ sənin dediyin kimidirsə sən və 
şiələrindən savayı bütün Muhəmməd ümməti həlak olmuşdur”.
İmam Əli (ə) ona dedi: “Ey Qeysin oğlu! Allaha and olsun, söylədiyim 
kimi, haqq mənimlədir. Amma bu ümmətdən nasibilər, beyətini pozanlar, 
təkəbbürlənənlər, inkar edənlər və inadçılardan başqası həlak olmayacaq. Hər 
kim tövhidə yapışsa, Muhəmmədi və İslamı təsdiq etsə, dindən çıxmaz. Bizə 
qarşı zülm edənlərə kömək etməyən və ürəyində bizə kin bəsləməyən, amma 
xəlifəlik mövzusunda şəkk edən, onun əhlini və dostlarını tanımayan, bizim 
vilayətimizi qəbul etməyən müstəzəfə
1
müsəlmandır. Allahın ona mərhəmət 
edəcəyinə ümid var, amma günahlarına görə də pis aqibətindən qorxular”.
1
Aciz və zəifl ədilmiş.


Ali-Muhəmmədin sirləri
83
Aban Süleymin belə dediyini söyləyir: “O gün, Əlinin sözlərinə görə üzü 
nurlanmayan və fərəhlənməyən heç bir tərəfdarı qalmadı. Çünki Möminlərin 
əmiri (ə) məsələni bəyan etdi, haqqı aşkar elədi, pərdələri qaldırdı və təqiyyə 
etmədi. Keçmişdəkilər barəsində şübhə edən, onlar haqqında (mənfi danışmaq-
dan çəkinən), təqvaları və günahdan uzaq durmaq məqsədilə onlardan uzaqlaş-
mayan Quran qariləri də yəqin əldə etdilər. Düşüncəli və müəyyən istiqamətdə 
fi kirləri olmayanlar da həmin gün şübhəni və tərəddüdü tərk etdilər.
Osmana və ondan əvvəlkilərə beyət etmədikləri səbəblərlə (Əliyə (ə)) beyət 
etməyənlərdən başqa ətrafdakıların hamısı ona beyət etdi. Beyət etməyənlərin 
üzlərindən narahatlıq oxunur, sıxıldıqları bilinir və Əlinin sözlərinə ikrah hiss 
etdikləri görünürdü.
Gözlərimizi nurlandıran bu gündən əvvəl üzərimizə doğan belə bir günə şa-
hidlik etməmişdim. Çünki həmin gün Möminlərin əmiri (ə) camaatın gözündəki 
pərdələri qaldırdı, haqqı ortaya çıxardı, məsələni açıqladı və təqiyyə etmədi. 
O gündən və həmin məclisdən sonra (Əlinin (ə)) tərəfdarları çoxaldı və 
danışmağa başladılar. Halbuki bundan əvvəl ordunun ən az bir hissəsini təşkil 
edirdilər. Qalan camaat isə Allaha və Peyğəmbərə nisbətdə Əlinin məqamı 
barədə məlumatları olmadığı üçün onunla birlikdə döyüşürdülər. O məclisdən 
sonra şiələr cəmiyyətin əksəriyyətini və ən böyük hissəsini təşkil etdilər.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin