93
Əcəmilər barəsində bidəti
Eləcə də əcəmiləri Mədinədən qovması da bidətlərindən biri idi.
1
Həmçinin Bəsrədəki məmurlarına beş qarış uzunluğunda bir ip göndərmiş və
demişdi: “Əcəmilərdən boyu bu ip qədər olan hər kəsi tapsanız, boynunu vurun!”
Tustər döyüşündə əsir götürülüb kölə edilən və sonradan hamilə qalan qa-
dınları azad etdi.
Bəsrədə oğurluq edən uşaqlar barəsində bir ip göndərib belə dedi: “Kim bu
ip uzunluğuna yetişsə əlini kəsin!”
2
Bundan daha təəccüblüsü isə bir yalançının (kəzzabın) Səhhakın oğlu
barədə hədis uydurması xəbəridir. Özü və cahillər bunu qəbul etdilər. Onlar
zənn etdilər ki, “Mələklər Səhhakın oğlu dililə danışır və ona təlqin edirlər”.
3
Yenə Yəmənli (hamilə) qadınları azad etdi.
4
2. Peyğəmbərə (s) qarşı çıxmalar və ona etirazları
Peyğəmbərin (s) Üsaməyə tabe olmağı əmr etməsinə baxmayaraq Səhhakın
oğlu və dostu (Yaşlı səhabə) Üsamə ibn Zeydin ordusundan ayrıldılar.
5
Bundan daha təəccüblüsü: Allah da, insanlar da bilirlər ki, o Peyğəmbərin
(s) kağıza (vəsiyyət) yazmasını mane oldu. Lakin etdiyi bu əməl camaatın
nəzərində ona bir zərər yetirmədi və onun üçün nöqsan sayılmadı.
6
Ardınca dörd ay on gün də gözlədikdən sonra azaddır”. Əgər əri gəlib onun başqa bir kişi
ilə evləndiyini görsə, qadınla mehriyyəsi arasında seçim etməkdə azaddır. Əgər mehriyyəni
seçsə, onu ödəmək yeni ərin boynundadır. Əgər zövcəsinin geri qayıtmasını tələb etsə, qadın
iddə saxlayıb azad olmalı və birinci ərinə qayıtmalıdır. Digər əri qadından istifadə etdiyi üçün
qadının mehriyəsini verməlidir.
1
Məsudi “Murucuz-zəhəb” əsərində (c.2, səh.320) qeyd edir ki, Səhhakın oğlu Mədinəyə daxil
olan heç bir əcəmini rahat buraxmırdı.
2
Əllamə Əmini “əl-Ğədir” kitabında (c.6, səh.171) İbn Əbu Məlikədən rəvayət edir ki, “Səhhakın
oğlu oğurluq etmiş iraqlı bir gənc barədə belə bir məktub yazdı: “Ölçün, ölçü altı şibrə yetişsə,
əlini kəsin”. Ölçdülər, altı şibrdən bir barmaq ucu qədər qısa gəldiyi üçün kəsmədilər”.
3
“əl-Ğədir” kitabına (c.6, səh.331) və bu kitabdakı 10-cu hədisə müraciət et.
4
Fəzl ibn Şazan “əl-İzah” kitabında (səh.463) rəvayət edir ki, Səhhakın oğlu yəmənli əsir qa-
dınları müsəlmanlardan hamilə olduqları halda maliklərilə aralarındakı uşaq məsələsini həll
etmədən azad etdi.
5
“Biharul-ənvar”da (c.8, səh.245 (köhnə çap)) rəvayət edilir: “Peyğəmbər hicrətin 11-ci ili-
nin Səfər ayının 26-ı rumlularla döyüşə hazrılaşmağı əmr etdi. Usamə ibn Zeydi çağıraraq
onu ordu başçısı təyin elədi və bayrağı ona verdi. Ardınca da onun ordusundan ayrılanları
lənətlədi. Başda yaşlı səhabə və Səhhakın oğlu olmaqla bəziləri Peyğəmbərin (s) vəfat etdiyi
gecə Mədinəyə qayıtdılar. O ikisi Səqifədə baş verəcək xilafət qəsbi üçün hazırlığa başladılar.
Peyğəmbər (s) həmin gecə haqda buyurur: “Bu gecə Mədinəyə böyük bir şər daxil olmuşdur”.
6
11 və 49-cu hədislərə müraciət et.
94
Suleym ibn Qeys Hilali
Həmçinin o, Səfi yyəyə bəzi sözlər söyləmiş, buna görə Peyğəmbər (s)
qəzəblənmiş və məlum sözləri demişdi.
1
O və yoldaşı Peyğəmbərin (s) bir nəfəri öldürməyi əmr etməsinə baxma-
yaraq onu öldürməkdən çəkinən kəslərdir. Peyğəmbər (s) onlardan sonra mənə
əmr etdi və bəzi sözlər danışdı.
2
Peyğəmbər (s) yaşlı səhabəyə yüksək səslə camaata bunu elan etməsini
tapşırdı: “Kim tövhid üzrə olduğu halda Allaha qovuşsa və heç bir şeyi Ona
şərik qoşmasa Cənnətə daxil olacaq”. Səhhakın oğlu yaşlı səhabəni bu işdən
çəkindirdi. Yaşlı səhabə də Səhhakın oğlu sözünə itaət edib
3
Peyğəmbərə (s)
qarşı çıxdı və onun əmrini yerinə yetirmədi. Peyğəmbər (s) də bundan sonra bu
barədə bəzi şeylər söylədi”.
Səhhakın oğlu və yaşlı səhabənin pislikləri sayıla bilməyəcək qədər çox-
dur. Bu pisliklər cahillərin və avam camaatın yanında onların etibarlarından
heç nəyi azaltmadı. Hətta o ikisini atalarından, analarından və özlərindən daha
çox sevdilər. Camaat bu ikisi nəyə görə Peyğəmbər (s) üçün qəzəblənmədikləri
qədər qəzəblənirlər.
1
“Biharul-ənvar”da (c.8, s.200 (köhnə çap)) İmam Muhəmməd Baqirdən (ə) nəql edilir:
“Əbdülmüttəlibin qızı Səfi yyənin oğlu vəfat etmişdi. Səhhakın oğlu onunla qarşılaşdı və
dedi: “Sırğalarını gizlət! Peyğəmbərə olan qohumluğun sənə fayda verməyəcək!” Səfi yyə ona
dedi: “Sən mənim sırğalarımı gördün, ey zinazadə?!” Sonra Səfi yyə Peyğəmbərin (s) yanına
gəldi və hadisəni ona danışıb ağladı. Peyğəmbər (s) çölə çıxdı və camaatın toplanması üçün
səsləndi. Sonra buyurdu: “Nə baş verir ki, bir dəstə adam mənimlə qohumluğun faydasız
olduğunu zənn edir?!...” Buna bənzər sözlərlə “Məcməuz-zəvaid” kitabında da (c.8, səh.216)
hədis varid olub.
2
“əl-Ğədir” kitabında (c.7, s.216) Əbu Səid Xudridən nəql edilir: “Yaşlı səhabə Peyğəmbərin
(s) yanına gəldi və dedi: “Ey Allahın Peyğəmbəri! Mən fi lan yerdən keçirdim. Bir gözəl gö-
rünüşlü şəxs xuşu ilə namaz qılırdı”. Peyğəmbər (s) buyurdu: “Get onu öldür!” Yaşlı səhabə
getdi və onu eyni vəziyyətdə gördü. Öldürmək istəmədi və Peyğəmbərin (s) yanına qayıtdı.
Peyğəmbər (s) Səhhakın oğluna dedi: “Get onu öldür!” Səhhakın oğlu də həmin adamın ya-
nına gəldi, onu yaşlı səhabənin gördüyü vəziyyətdə görüb öldürmədən geri qayıtdı və dedi:
“Mən onu xuşu halında gördüm və öldürmək istəmədim”. Peyğəmbər (s) buyurdu: “Ey Əli!
Get və onu öldür!” Əli (ə) getdi, amma onu tapa bilmədi. Geri qayıdıb dedi: “Ey Allahın
Peyğəmbəri! Onu görmədim”. Peyğəmbər (s) buyurdu: “O və yoldaşları Quran oxuyurlar,
amma oxuduqları boğazlarından aşağı keçmir. Oxun yaydan çıxdığı kimi onlar dindən çıxır-
lar və ox yaya geri dönmədiyi kimi bir daha dinə qayıtmazlar. Onları öldürün! Çünki onlar
yaradılmışların ən pisləridirlər”. Buna oxşar bir hədis “Biharul-ənvar”da da nəql olunur (c.8,
səh. 229 və 270 (köhnə çap)).
3
Səhhakın oğlu Peyğəmbərin (s) sözünü rədd etdi, yaşlı səhabə də bu məsələdə Səhhakın oğ-
luna tabe oldu.
Ali-Muhəmmədin sirləri
Dostları ilə paylaş: |