Bakı, may 2010 Azərbaycan iqtisadiyyatı 2009



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə1/45
tarix15.02.2023
ölçüsü0,77 Mb.
#123412
  1   2   3   4   5   6   7   8   9   ...   45
Azərbaycan-iqtisadiyyatı-Qubad-İbadoğlu-2009



1
Bakı, may 2010
Azərbaycan iqtisadiyyatı - 2009
Məlumatlandırıcı və analitik bülleten


Azərbaycan iqtisadiyyatı - 2009
2
Azərbaycan iqtisadiyyatı - 2009
Naşir: İqtisadi Tədqiqatlar Mərkəzi 
Layihə rəhbəri: Qubad İbadoğlu
Nəşrə məsul şəxs: Rasim Hüseynov
İcmalın redaktoru: Qalib Toğrul
Tərtibatçı: Mahir Allahverdiyev
İlk sayı dərc olunan “Azərbaycan iqtisadiyyatı - 2009” məlumat və analitik icmalında ötən il ölkə iqti-
sadiyyatında baş vermiş keyfiyyət və kəmiyyət dəyişiklikləri, inkişaf meylləri təhlil edilib. İcmal Azərbaycan
və ingilis dillərində çap olunur. 
Rəsmi statistik məlumat və İTM-in alternativ hesablamaları nəşrin əsas mənbələrini təşkil edir. 
İcmal dörd bölmədən ibarətdir. Birinci bölmədə əsas makroiqtisadi göstəricilərin (ümumi daxili məhsul,
investisiyalar, xarici ticarət), ikinci bölmədə isə ötən ilin dövlət büdcəsinin icrasi vəziyyətinin, Mərkəzi
Bankın pul siyasətinin, habelə bank sektorunun, qiymətli kağızlar və sığorta bazarının, məzənnə siyasətinin
təhlili verilib. Üçüncü bölmədə kənd təsərrüfatı və sənaye sektorunun inkişaf meylləri və problemlərinə
ətraflı nəzər salınıb. Nəhayət, dördüncü bölmədə 2010-cu ilin dövlət büdcəsinin gəlir və xərclərinin və
inflya siyanın proqnoz göstəricilərindən geniş bəhs olunub. 
İcmal geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Hökumət qurumları, biznes sektoru, elmi-tədqiqat insti-
tutları və mərkəzləri, beynəlxalq və ictimai təşkilatlar, həmçinin səfirliklər, universitetlərin müəllim heyəti,
tələbələr və iqtisadiyyatla maraqlananlar icmaldan faydalana bilərlər. 
İcmal İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyinin dəstəyi ilə “Alternativ inflyasiya səviyyəsinin
hesablanması və modellərin inkişafı” layihəsi çərçivəsində İTM tərəfindən hazırlanıb. İcmaldakı material-
lara görə məsuliyyəti müəlliflər daşıyır. İcmal İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyinin və İsveçrə
hökumətinin mövqeyini əks etdirmir.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin