Azərbaycan iqtisadiyyatı - 2009
18
amil olub. Belə ki, il ərzində emal sənayesi sahələrində
istehsalçı qiymətləri 7.3% ucuzlaşıb.
Rəsmi məlumatlara görə, ötən ilin dekabr ayında
kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri in-
deksi əvvəlki aya nisbətən 1,0% bahalaşıb, yanvar-
dekabr aylarında isə 2008-ci ilin müvafiq dövrünə
nisbətən 0,3%-lik qiymət artımı qeydə alınıb. Bitkiçi-
lik, bostançılıq və bağçılıq məhsullarının istehlsaçı
qiymətlərində 2009-cu ilin yanvar-dekabr aylarında
2008-ci ilin müvafiq dövrünə nisbətən 2.9%-lik ucu-
zlaşma, Diri mal-qara və heyvandarlıq məhsullarında
0.4%-lik qiymət artımı, meşə təsərrüfatında isə 2.6%-
lik bahalaşma müşahidə olunub.
Manatın real effektiv məzənnə indeksi 2009-cu il
ərzində 5.5% ucuzlaşıb ki, bu da ölkənin rəqabət qa-
biliyyətinin artmasına gətirib çıxarıb. Manatın sabitliyi
əhalinin yığımlarının dəyərsizləşməsinin qarşısını alıb
və ölkədən kapitalın axınına imkan verməyib. Bütün-
lükdə inflyasiya və məzənnə dəyişmələri 2009-cu ildə
Azərbaycanda makroiqtisadi sabitliyin qorunmasına
xidmət edib.
Cədvəl 8. İstehlak Qiymətləri İndeksinin dəyişməsi (2009-cu ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq
dövrünə nisbətən, faizlə)
Dostları ilə paylaş: