Azərbaycan iqtisadiyyatı - 2009
25
Rəsmi statistikaya görə, inflyasiya 2008-ci ildəki
yüksək səviyyəsindən - 15.4%-dən 2009-cu ilin so-
nuna 1.5%-ə enib. Əlverişli xarici şərait (neftin və
ərzağın aşağı dünya qiymətləri)
və daxili tələb təzy-
iqinin azalması ilboyu qiymətlərdə məqbul hərəkətlən-
məyə səbəb olub. 2009-cu ilin yanvar ayından
başlayaraq Mərkəzi Bank (MB) manatın qısa müddət
davam edən dollar/avro səbətinə bağlanması siyasətini
dəyişərək yeni mənimsədiyi
məzənnə rejimi olan
manat/dollar kursunun sabitliyinə çox önəm verib və
kursun sabitliyini qorumaq istiqamətində qətiyyətini
bir daha nümayiş etdirib. Ölkədə və dünyada dolların
qiymətinin yüksəlməsi təzyiqi altında MB-nin
beynəlxalq rezervləri 2008-ci
ilin sonuna mövcud olan
6.5 mlrd dollardan 2009-cu ilin iyul ayına 4.9 mlrd.
dollara düşüb və bu da öz növbəsində pul bazasının
əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb.
MB-nin günbəgün güclənən dollar qarşısında
mana tın məzənnəsini sabit saxlamaq səyləri pul baza-
sının 2008 dekabr – 2009 aprel dövrü ərzində kəskin
daralmasına (təqribən 25%) səbəb olub. Adekvat ster-
ilizasiya rıçaqlarının olmaması MB-nin pul kütləsinin
azalmasının qarşısını vaxtında almaq imkanını məh-
dudlaşdırıb. Oxşar problem yaxın keçmişdə manatın
dollar qarşısında güclənəməyə başladığı
dövrdə də
özünü büruzə vermişdi. O vaxt MB manatın dollara
münasibətdə qiymətinin artmasına pul bazasını şişirt-
mək hesabına nail olmuşdu .
Əslində xammal qiymətlərindəki dalğalanmaların
səbəb olduğu məzənnənin yüksək volatallığı xammal
ixrac edən ölkələrə xas xüsusiyyətlərdəndir. Azərbay-
canın timsalında MB məzənnə kursunu sabit saxladığı
üçün xarici ticarət şokları
daxili bazarda dalğalan-
malara çevrilib. Belə ki, maliyyə böhranı dövründə (və
ya mənfi ticarət şokları ölkə iqtisadiyyatına zərbə vur-
duğu zaman) pul kütləsini artıraraq böhrana qarşı təd-
bir görmək lazım olduğu zaman MB-nin məzənnəni
sabit saxlamaq cəhdi nəticəsində pul kütləsi daralıb.
Sonradan digər alətlər hesabına bu azalma bərpa
edilib. Və ya neft qiymətlərinin kəskin qalxdığı dövr-
lərdə (müsbət ticarət şoku) pul siyasətini sıxmaq lazım
gələndə MB-nin məzənnə
kursunu qorumaq cəhdləri
pul kütləsinin artmasına gətirib çıxarmışdı. Başqa
sözlə, ticarət şoklarına tez-tez məruz qalan ölkələrdə
məzənnəyə müəyyən dərəcədə elastiklik verilməsi bu
şokların ölkə iqtisadiyyatına təsirini azaltmaq və pul
kütləsindəki arzuolunmaz dalğalanmaların qarşısını
almaq yönündə monetar idarəçilərin işini asanlaşdırır.
Antiböhran tədbirləri nəticəsində pul bazasının
2008-ci ilin dekabr səviyyəsi 2009-cu
ilin sonunda
bərpa edilib. Bu MB-nin istifadə etdiyi dolayı alətlər
(rezerv norması, yenidənmaliyyələşdirmə dərəcəsi və
s.) hesabına reallaşıb. Bu zaman açıq bazar əməliy-
yatlarının payı çox kiçik olub.
Dostları ilə paylaş: