Azərbaycan iqtisadiyyatı - 2009
49
2010-cu il dövlət büdcəsinin xərcləri
üzrə əsas istiqamətlər
Yenidən baxılma ilə 2010-cu il dövlət büdcəsi xər-
clərinin 1011,3 mln. manat artırılaraq 12275,3 mln.
manata çatdırılması nəzərdə tutulur ki, bu da 2010-cu
il təsdiq olunmuş dövlət büdcəsinin xərclərinə nisbətən
9,0 faiz, 2009-cu ilin faktiki icrasına nisbətən 1706,4
mln. manat və ya 16,1 faiz çox olacaqdır.
Dövlət büdcəsinin cari xərclərinin artımı üçün
nəzərdə tutulan 399,3 mln. manat vəsaitin 300,0 mln.
manatı və ya 75,1 faizi Kür, Araz və digər çayların daş-
ması nəticəsində ölkə ərazisində baş verən irimiqyaslı
təbii fəlakətin, habelə buk imi halların
gələcəkdə
təkrarlanmasının qarşısının alınması, onun iqtisadiyy-
atın müxtəlif sahələrinə, əhaliyə vurduğu ziyanın
nəticələrinin aradan qaldırılmasına, 99,3 mln. manatı
və ya 24,9 faizi əvvəlcədən dövlət büdcəsinin nəzərdə
tutulmayan bəzi məsələlərin həlli, o cümlədən əhalinin
sağlamlığının yaxşılaşdırılması üçün bir sıra
dövlət
proqramlarının («Hemofiliya və talassemiya irsi qar
xəstəlikləri üzrə Dövlət Proqrammı»nın maliyyə təmi-
natı ilə bağlı xərclərə (2006-2010-cu illər), «Xroniki
böyrək çatışmazlığı üzrə Tədbirlər Proqrammı»nın
maliyyə təminatı ilə bağlı xərclərə (2006-2010-cu
illər) və “Yoluxucu xəstəliklərin immunoprofilak-
tikasına dair Tədbirlər Proqramı”nın maliyyə təminatı
ilə bağlı xərclərə (2006-2010-cu illər), elmin maddi-
texniki təminatının gücləndirilməsi,
kommunal siste-
mində tədbirlər üzrə xərclərə, xarici ölkələrdə
səfirliklər və digər diplomatik nümayəndəliklər üçün
inzibati binaların alınması, xaricdə diasporanın
inkişafı, 2010-cu il üçün Azərbaycan Respublikasının
elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatı
almış şəxslərə mükafatın ödənilməsi və digər
ödənişlərin tənzimlənməsi xərclərinə yönəldiləcəkdir.
2010-cu il dövlət büdcəsinə yenidən baxılması ilə
sosialyönümlü tədbirlərə aid olan elm, təhsil, səhiyyə,
mədəniyyət,
incəsənət, informasiya, bədən tərbiyəsi xər-
clərinə əlavə xərclərin 14,5 mln. manatı sərf ediləcəkdir.
Sənaye və tikinti, iqtisadi fəaliyyət, əsas bölmələrə
aid edilməyən xidmətlər üzrə
xərclərə əlavə xərclərin
970,8 mln. manatının, o cümlədən dövlət əsaslı vəsait
qoyuluşu xərclərinə 608,5 mln. manatının yönəl
-
dilməsi nəzərdə tutulur.
Artımdan sonra dövlət büdcəsinin əsaslı vəsait qoyu-
luşu xərcləri 4157,5 mln. manata çatmaqla, onun büd-
cədə xüsusi çəkisi 2,4 faiz artaraq 33,9 faiz olacaq.
Əsaslı xərclərin artımı üçün nəzərdə tutulan 608,5
mln. manat vəsaitin 400,0 mln. manatı və ya 65,7 faizi
ölkəmizin yerləşdiyi bölgələrdə yaranmış
geosiyasi
vəziyyətə uyğun olaraq, onun müdafiə qabiliyyətinin
daha da artırılması və təhlükəsizliyinin təmin edilməsi
xərclərinə, 205,8 mln. manatı və ya 33,8 faizi elm,
səhiyyə, təhsil və sosial müdafiə sahələrində bir sıra
təxirəsalınmaz problemlərin həlli, Bakı
şəhərinin elek-
trik enerji ilə təchizatının etibarlılığının təmin edilməsi,
ölkənin nəqliyyat infrastrukturları üzrə müvafiq layi-
hələrin başa çatdırılması xərclərinə yönəldiləcək.
Ümumi dövlət xərclərinə əlavə xərclərin 16,7 mln.
manatı ayrılacaq.
Dövlət büdcəsinin yerli gəlir və xərclərini tənzim-
ləmək üçün məkrəzləşdirilmiş xərclərdən ayrılan və-
saitin (dotasiya) məbləği isə 30,8 mln. manat və ya 4,2
faiz artacaq.
2010-cu il dövlət büdcəsinin kəsirinin maliy yələş -
dirilməsi üçün nəzərdə tutulmuş 1249,0 mln. manat və-
saitin əlavə gəlirlər hesabınm 478,7 mln. manatının
azaldılması və dövlət büdcəsinin kəsirinin maliyyələş -
dirilməsi üçün 770,3 mln.
manat məbləğində maliy -
yələşdirmə mənbəsinin saxlanılması nəzərdə tutulur.
Nəticədə dövlət büdcəsinin kəsiri ilin sonuna gözlənilən
ümumi daxili məhsulun 2,3 faizini təşkil edəcək.
Dostları ilə paylaş: