25
Jurnalistikanın bu qızıl qanununun pozulması halları cəmiyyətdə
müəyyən narazılıqlara səbəb olur.
Azərbaycan mətbuatı dünya təcrübəsinə söykənir. Bütün bunlarla
bərabər Azərbaycan jurnalistikasında peşə etikası ilə bağlı ciddi
problemlər var. Belə ki, etik normaları bilməyə çalışmayan, dünya
təcrübəsinə söykənmək istəməyən jurnalistlər var ki, sözün mənfi
mənasında sərbəst hərəkət edirlər, nəticədə də peşə etikası pozulur.
Peşə etikası normaları beynəlxalq aləmdə o qədər önəmli şəkil alıb ki,
bunu “KİV haqqında” qanuna da əlavə etməyə başlayıblar. Dəqiqlik,
qərəzsizlik, tərəfsizlik, obyektivlik, vicdanlılıq və s. qaydalar bir neçə
il bundan əvvələ qədər yalnız peşə etikasına aid idisə, indi “KİV
haqqında” qanunlara da əlavə olunmağa başlayıb.
Jurnalist etikasına dair yerli hüquqi sənədlər. Azərbaycan
Respublikasının Konstitusiyası. KİV Haqqında Azərbaycan
Respublikasının Qanunu. Hüquqi sənədlər və jurnalist fəaliyyəti.
Azərbaycanda jurnalistlərin fəaliyyətini tənzimləyən digər hüquqi
sənədlər.
Etik kodekslər və qanunvericilik. Etik kodekslərin pozulmasına görə
məsuliyyət. Qanunun pozulmasına görə məsuliyyət, “Diffamasiya
haqqında” qanun.
Dostları ilə paylaş: