ƏDƏBİYYAT SİYAHISI
1. Dadaşov A. Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı
kontekstində, Bakı, 2008
35
2. Məhərrəmli Q. Televiziya jurnalistikasının əsasları. Bakı, 2005
3. Məmmədli Z. A-dan, Z-yə telexəbər, Bakı, 2009.
4. Mediada debatlar (metodik vəsait), Bakı, 2009.
5. Media Etikası, Media Hüququ İnstitutu, Bakı, 2008.
6. Jurnalistika terminləri lüğəti, Bakı, 2016
MÖVZU 21.
Jurnalistika ictimai tənqid və qarşılıqlı anlaşma üçün forumun
mövcudluğunu təmin edən platforma kimi
Jurnalistika meydandır və bu meydanda hər kəsin söz demək,
fikirlərini ifadə etmək hüququ vardır. Bu hüququn həyata keçməsinə
imkan yaratmaq isə bilavasitə jurnalistin üzərinə düşür. Təbii ki,
söhbət demokratik cəmiyyətdən və peşəkar jurnalistdən gedirsə.
Etiraf edək ki, insanlar debatları, müzakirə proqramlarını daha
çox elektron mediada izləməyi sevir, nəinki qəzetdən oxumaq. Bu
an ictimai müzakirələrdə deyilən sözlər, respondentlərin hiss və
həyəcanı, duyğuları ilə tamamlanır və marağa səbəb olur. Şəxslər bu
tip verilişlərə “döyüşə hazırlıq” kimi gəlir, çünki bilir ki, qarşısındakı
onun opponentidir və sözləri, arqumentləri ilə onu məğlub etməlidir.
Jurnalist də ciddi hazırlaşmalıdır; dəvət etdiyi kimlərdir, hansı
mövzu müzakirə olunacaq, tərəflərə veriləcək sual bazası varmı,
mövzunu yaxşıca araşdırıbmı? Yalnız, bunlar yetərli deyil. Jurnalist
respondentlərin emosional, psixoloji durumu ilə bağlı məlumatlıdırmı?
Bu kimi proqram və verilişlər “iki boksçunun döyüşü”nü xatırlatmalı
deyil. Jurnalist hər şeyə nəzarət etməlidir. Efir etikasını, şəxsi etikasını
gözləməlidir.
Mübahisəli məsələlərdə fərqli baxışlara bərabər imkanların
yaradılması, plüralizm, fərqli fikir ifadə etmək azadlığı təmin olunmalı,
fərqli rəylərə, maraq qruplarına geniş yer verilməlidir. Qərəzsizliyin və
balanslılığın zəruri qayda olduğu prioritet olmalıdır. Deməli, müxtəlif
maraqların çatdırılmasına imkan verən və fərqli strukturlar tərəfindən
dəstəklənən rəngarəng kütləvi informasiya vasitələrinin olması tələb
36
olunur. Plüralizm, redaksiya müstəqilliyi və jurnalist peşəkarlığı hamı
tərəfindən qəbul olunmuş ilkin zəruri şərtlərdir. Mübahisə predmeti və
onun ictimai önəmi tam dəqiqləşdirilməli, “özəl əxlaq”la “ictimai əxlaq”
anlayışları qarışdırılmamalıdır. Mübahisə və müzakirələrin mətləbdən
yayınmaması təmin olunmalıdır. Bir məqamı da unutmayaq ki, birbaşa
verilişlərdə bəzən xoş olmayan sürprizlər də yaşanır.
Seçki kampaniyalarının, debatların, talk show-ların işıqlandırılmasında
jurnalist peşəkarlığı və əsas etik tələblər. Müzakirə moderatoru və
debat moderatoru anlayışları.
Dostları ilə paylaş: |