7
əldə olunması və onun ötürülməsi qədimlərdə olduğu kimi, indinin
özündə də dəyişilməz olaraq qalır. Dəyişən sadəcə mexanizmlərdir.
Biz də bu mexanizmlərə və bunlardan doğan etik münasibətlərə
uyğunlaşmalıyıq. Azərbaycan müstəqil dövlətdir və biz Sovet
İttifaqında olduğu kimi təbliğat və təşviqatla deyil, jurnalistika ilə,
insanları bilgiləndirməklə məşğul olmalıyıq. Dəyişən texnologiyalar
jurnalistlərin əvvəlki işlədikləri üsulları dəyişdirmişdir və əvvəlki bazar
modelləri əvvəlki kimi gəlir gətirmir. Nəticədə işə götürənlər xərcləri
azaldırlar, şübhəli iş yerləri açırlar və belə yerlərdə jurnalistikanın
yüksək standartlarına çatmaq getdikcə çətinləşir. Bu, mediaya etik
prinsiplər əlavəsini ciddi təzyiq altına qoyur.
Dünyanın bəzi yerlərində media marketləri qloballaşma baş verdikcə
genişlənir; savadlılığın artması da yeni auditoriyalar verir, amma bütün
bunların təsirləri korporasiyalar və ya siyasi təzyiqlərin təsiri kimi
jurnalistikanı zəiflədir və zəif izlənilə bilən etik vakuum standartları
yaradır. Peşəkar jurnalist fəaliyyətində davranış normaları etik
prisniplər kursunun predmetidir. Kursun qarşısında duran vəzifələr;
tələbələrdə etik normalar haqqında təsəvvür yaratmaq, jurnalist
tələbələrdə müəyyən vərdişlər formalaşdırmaq. Jurnalist etikasının
peşə etikaları sırasında yeri və özünəməxsusluğu. Jurnalistika və
onun məqsədi. Jurnalistika və cəmiyyət.
Dostları ilə paylaş: