1. Yaratma Addım 1 – iki verilən və növbəti sahədən ibarət qovşaq yaratmalı
Addım 2 – “Başlıq” göstəricisinə malik qovşaq yaratmalı və onu NULL kimi təyin etməli.
2. Daxiletmə Bir əlaqəli siyahıda daxil etmə əməliyyatı üç üsulla həyata keçirilir. Onlar aşağıdakı kimidir:
2.1. Siyahının əvvəlinə daxiletmə
2.2. Siyahının sonuna daxiletmə
2.3. Siyahıda xüsusi mövqeyə daxiletmə
2.1. Siyahının əvvəlinə daxiletmə Yeni qovşağı bir əlaqəli siyahının əvvəlinə daxil etmək üçün aşağıdakı addımları izləyə bilərik...
Addım 1 – Verilmiş qiymətə malik yeni qovşaq yaratmaq
Addım 2 – Siyahının boş olub-olmamasını yoxlamaq (head==NULL)
Addım 3 – Əgər siyahı boşdursa, newNode→next=NULL və head=newNode təyin etmək.
Addım 4 – Əgər siyahı boş deyilsə, newNode→next=head və head=newNode təyin etmək.
2.2. Siyahının sonuna daxiletmə Yeni qovşağı bir əlaqəli siyahının sonuna daxil etmək üçün aşağıdakı addımları izləyə bilərik...
Addım 1 – Verilmiş qiymətə malik yeni qovşaq yaratmaq və newNode→next as NULL təyin etmək
Addım 2 – Siyahının boş olub-olmamasını yoxlamaq (head==NULL)
Addım 3 – Əgər siyahı boşdursa, head=newNode təyin etmək.
Addım 4 – Əgər siyahı boş deyilsə, yeni qovşaq göstərici tempini təyin etmək və başlıq ilə inisiallaşdırmaq.
Addım 5 – Tempi siyahının son qovşağına çatanadək özündən sonrakı qovşağa hərəkət
etdirməyə davam etmək (until temp→next is equal to Null).
2.3. Siyahıda xüsusi mövqeyə (qovşaqdan sonra) daxiletmə Yeni qovşağı bir əlaqəli siyahıda qovşaqdan sonra daxil etmək üçün aşağıdakı addımları izləyə bilərik...
Addım 1 – verilmiş qiymətə malik yeni qovşaq yaratmaq
Addım 2 – Siyahının boş olub-olmamasını yoxlamaq (head==NULL)