34
səhmlərini daha baha qiymətə satacaqlar. Bu son dəyər, həmin vaxtda səhmləri
almaq istəyən investorların istəyindən asılı olacaqdır. Həmin investorların təklif
etdikləri qiymət, gözlənilən divident gəliri və son dəyərdən asılı olacaqdır. Beləliklə, bu
proses investorlar ardıcıllığı ilə inkişaf edəcəkdir.
Qeyd edək ki, öz vəsaitlərini səhmlərə qoyan investorların bütün ardıcıllığı üzrə
divident gəlirinin ümumi həcmi kompaniya tərəfindən bölüşdürülən məbləğə bərabərdir
və onlar nağd dividentlər, likvid dividentlər və ya səhmlərin alınması prosesindəki
ödənişlərdir.
Beləliklə, nağd vəsaitlərin bölüşdürülməsini səhmdarlar öz investisiyalarının
əvəzində alırlar. Daha geniş mənada, bu səhmlərin alınması da daxil olmaqla,
səhmdarlara istənilən pul vəsaitlərinin bölüşdürülməsidir.
Dostları ilə paylaş: