Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə11/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   84
Loqopediya (Mühazirələr)

ALALİYA 
UĢaqlarda nitqin inkiĢafdan geri qalmasının ağır hallarından biri 
də alaliyadır. Alaliya erkən uĢaqlıq çağlarında nitqin inkiĢafdan geri 
qalmasıdır. Alaliya (a- latınca inkar deməkdir və lalio –nitq, danıĢmaq, 
nitqin olmaması kimi tərcümə olunur). Mərkəzi sinir sisteminin 
zədələnməsi nəticəsində yaranır. Bir çox hallarda alaliyanın yaranma 
səbəbi doğuĢ zədələri, həmçinin 1,5 yaĢına qədər uĢaqlarda baĢ beyin 
qabığının nitq sahələrinin zədələnməsinə gətirib çıxaran baĢ beynin 
zədələnməsi xəstəliyi ola bilər. Nitq mərkəzlərinin zədələnməsindən 
asılı olaraq nitqin inkiĢaf etməməsi baĢqasının nitqinin baĢa düĢülməsi 
ilə xarakterizə olunan motor alaliya və nitqin qavranılmasının pozulması 
ilə səciyyələnən sensor alaliyaya ayrılır.
Alaliya bütün nitq komponentlərinin, yəni fonetik –fonematik, 
leksik, qrammatik quruluĢu pozulan nitqin sistemli geriliyidir.
Alaliyalı uĢaqlarda nitq tamamilə inkiĢaf etmir, yaxud kobud 
pozuntularla inkiĢaf edir. Sensor alaliyada uĢaqlar baĢqasının nitqini pis 
baĢa düĢür, qavramırlar, özü də nitqdəki səsləri ayırd edə bilmirlər, 
insan nə isə deyir, lakin nə deyildiyini baĢa düĢmürlər. Biz bilmədiyimiz 
xarici dildə eĢitdiyimiz danıĢığı baĢa düĢə bilmədiyimiz kimi. Motor 
alaliya zamanı uĢaq dili qavraya bilmir (onun səsləri, sözləri, 
qrammatikasını). Motor və sensor alaliyanın əlamətləri uzlaĢan nitq 
qüsuruna sensor-motor alaliya deyilir.
Loqopedik iĢ ondan ibarətdir ki, alaliyalı uĢağı qrammatik 
qaydaların, yazı, oxu qaydalarına yiyələnməyi deyil, nitq fəaliyyətinin 
pozulmuĢ kanalların əvəzinə, mövcud olanları iĢlətməli və ikiqat, üçqat 
artıq yükü icra etməkdir. Bunun üçün nitqdən əvvəlki vərdiĢlərə tez-tez 
müraciət etmək lazımdır. Bu əsasən jestlər, ritmik hərəkətlər, rəsm 
çəkmə, müxtəlif səslərə bənzətmələrdir. Belə uĢaqlarda selikaxma olur. 
Ġflic zamanı müxtəlif əzələlər bu və ya digər dərəcədə zədələnir. Dodaq 
və dil hərəkətlərində əziyyət çəkirlər. UĢağın nitq inkiĢafı 2-4, bəzən isə 
5 yaĢına qədər inkiĢaf etmir. Sonrakı dövrdə onların lüğət ehtiyatı artır 
və normal səviyyəyə çatır. Nitqin bu cür ağır pozulması onun ümumi 
inkiĢafına da təsir göstərir. Onlar utancaq, az ünsiyyətli, qətiyyətsiz, 
passiv olur. Tələffüzdə dönüĢ yaransa da uĢağın sonrakı dövründə, yenə 
də gerilik hiss olunur, nəinki səs tələffüzündə deformasiya olur, hətta 
nitqin səs komponentlərində də özünü büruzə verir: tempində, ritmində, 
informasiyasında. Artikulyasiyanın pozulması hansı qrup əzələlər daha 
çox zədələnməsindən asılıdır. Bu cür xəstələrlə uzunmüddətli loqopedik 


33 
iĢ aparılır. Fonematik, leksik, qrammatik quruluĢun inkiĢafında mümkün 
olan dəyiĢikliklər əldə edilir, lakin bir çox hallarda belə xəstə uĢaqlara 
göstərilən loqopedik kömək az effektli olmuĢdur.
Səslərə yiyələndikdən sonra uĢağı nitqdəki ayrı-ayrı səsləri 
yiyələnmək vərdiĢlərinə öyrədirlər, getdikcə bu iĢ mürəkkəbləĢdirilir. 
Belə iĢlə yüksək ixtisaslı mütəxəssis məĢğul olur, valideynlər 
loqopedlərə köməklik göstərə bilər, onları əvəz edə bilməzlər. Alaliya 
zamanı uĢağın nitqindəki geriliyi müəyyən edən kimi loqopedik iĢ 
aparılmalıdır, çünki müstəqil olaraq və loqopedin köməyi olmadan nitq 
formalaĢa bilməz. UĢağın 2 yaĢına qədər nitqinin olmaması artıq 
həyəcan amildir.
Motor 
alaliya-dil 
əməliyyatlarının 
formalaĢmaması 
ilə 
səciyyələnən ekspressiv nitqin inkiĢaf etməməsidir. Nitq-hərəkəti 
analizatorlarının və onun ötürücü yollarının sonunun zədələnməsi səbəb 
olan nitq hərəkəti analizatorunun fəaliyətinin inkiĢafdan geri qalması, 
yaxud pozulması motor alaliyanın yaranmasının əsas səbəbidir. Motor 
alaliya afferent və efferent olur. Afferent alaliyada nitqin pozulması 
mexanizmi kinestik apraksiya, efferent alaliya isə genetik apraksiyaya 
gətirib çıxarır. Motor alaliyada nitqin fonetik-fonematik, leksik-
qrammatik quruluĢu pozulur. Nitq aparatının hərəkəti koordinasiyası
formalaĢmır. Artikulyasiya hərəkəti və əməliyyatlarının icra edilməsi 
mümkünsüzlüyü müĢahidə olunur. Sözlərin, ifadələrin tələffüzü 
pozulur. Nitqin tempi, ritmi, formalaĢmaması ilə səciyyələnir. Lüğət 
ehtiyatı uĢaqlarda zəif inkiĢaf edir, nitqdə düzgün istifadə olunmur. 
Qrammatik quruluĢ ləng mənimsənilir, sintaktik konstruksiyalar 
primitivliyi ilə fərqlənir. Ünsiyyətdə nitq anlaĢılmaması olur, ümumi 
nitq fəallığının pozulması ilə Ģərtlənir. Motor alaliyada nitqin tam 
pozulması da müĢahidə olunur. Bu xəstəlikdə ümumi hərəkət 
kobudluğu, lənglik, uyğunsuzluq, hərəkətlərin tormozlanması müĢahidə 
olunur. Bir çox hallarda əqli inkiĢafda gerilik özünü göstərir. Onlar 
psixo-fiziki 
tormozlanma, 
diqqətsizlik, emosional-iradi zəifliyi 
xarakterizə edilir. Nitq passivliyi ümumi anlayıĢların qavranılmasını 
çətinləĢdirir. Alaliya-tibbi-psixoloji-pedaqoji problemdir. Müntəzəm 
dərmanı və fizioterapevtik müalicənin, psixonevroloqlar tərəfindən 
kompleks Ģəklində aparıldıqda loqopedik iĢ səmərəli ola bilə 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin