123
qavramanın
qeyri-dəqiqliyi, eĢitmə ilə səslərin düzgün differensiya
edilməsi durur.
Düzgün yazı üçün Ģifahi nitqdən fərqli olaraq səslərin eĢitmə ilə
daha zərif, incə differensiyası tələb olunur. ġifahi nitqdə eĢitmə ilə
differensiyasının kiçik qeyri-dəqiqliyi nitq təcrübəsində möhkəmlənmiĢ
motor steroetiplər hesabına, sinestetik surətlər vasitəsi ilə aradan
qaldırılır. Yazı prosesində isə fonemlərin
düzgün seçilməsi və
fərqləndirilməsi üçün səsin bütün akustik əlamətlərinin incə təhlili lazım
gəlir. Digər tərəfdən yazı prosesində səslərin differensiyası, fonemlərin
seçilməsi, eĢitmə surətləri və təsəvvürlərinin iz buraxma fəaliyyəti
əsasında həyata keçirilir.
Beləliklə də, düzgün yazı vərdiĢi üçün fonemlərin seçilməsi və
fərqləndirilməsi əməliyyatlarının hamısının
yüksək səviyyədə fəaliyyət
göstərməsi çox vacibdir. Buna görə də bu həlqələrin hər hansı birinin
pozulması (eĢitmə və kinestetik təhlil,
fonemlərin seçilməsi, eĢitmə və
kinestetik nəzarət) özünü yazıda hərflərin əvəzlənməsində göstərən
fonemlərin tanınması prosesini bütövlükdə çətinləĢdirir. Göstərilənləri
nəzərə alaraq disqrafiyanın bu formasının
özünün bir neçə növünü
müəyyənləĢdirmək olar: akustik, kinestetik və fonematik.
Dostları ilə paylaş: