Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə39/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   84
Loqopediya (Mühazirələr)

QÜSURLU UŞAQLARIN SİNFƏ ALINMASI 
 
Fəslin məzmunu 
Sinif strategiyası
Petya üçün uyğunlaĢdırma 
Sinfin qaydaya salınması və təchiz edilməsi 
Qayğı cəmiyyətin yaradılması 
 
Sinif strategiyası
Hər bir uĢaq onu əhatə edən ətraf aləm haqqında müəyyən bilgiyə 
malik olan yaĢlıların yardımı ilə bu zəngin ətraf aləmdə oynamaq və 
öyrənmək imkanlarından istifadə etməyə möhtacdır. Bu fəsildə uĢaqlara 
inkiĢaf imkanları verən uyğunlaĢdırma və öyrənmə strategiyalarının ən 
müxtəlif variantları nəzərdən keçiriləcəkdir. Bu fəsildə uĢaqların 
inkiĢafına təkan verəcək müxtəlif təlim strategiyaları araĢdırılacaqdır.
Yaradıcı fəallıq mərkəzləri
AzyaĢlı uĢaqlar üçün nəzərdə tutulan uyğunlaĢma sinifləri fəallıq 
mərkəzləri kimi tanınan yerlərdə yaradılır. Fəallıq mərkəzlərində 
müəllimlər fərdi tədris üslubları və inkiĢaf qabiliyyətləri sahəsində 
müxtəlifliyə imkan yaradan çeĢidli materiallar təĢkil edirlər. UĢağın 
təhsil ehtiyaclarını müəyyənləĢdirmək üçün onların hər birini diqqətlə 
müĢahidə etdikdən sonra müəllimlər uĢaqları inkiĢaf səviyyələrinə görə 
qruplaĢdırmaq 
məqsədilə 
məqsədyönlü 
fəaliyyətlərin 
həyata 
keçirilməsini planlaĢdırırlr. Təqribən eyni problemlər qarĢısında duran 
uĢaqlar yeni ideya və fəaliyyət növləri meydana çıxdığı zaman bu 
problemlərin həllinə əminliklə yanaĢacaqlar. Ümidləri malik olduqları 
inkiĢaf səviyyəsindən yuxarı, yaxud aĢağı olan uĢaqlar çox tez bir 
zamanda maraqdan düĢə bilər, tənbəlləĢər, yaxud onların ürəyi qırıla 
bilər (Kotlin, 1997).
UĢaqlara gün ərzində seçim etmək imkanı yaradan fəallıq 
mərkəzləri bütün uĢaqlar üçün təhsil prosesini asanlaĢdıran aĢağıdakı 
əsas amilləri irəli sürür: 
UĢağın maraq və ehtiyacları vasitəsi ilə məlumatlandırılan 
bütöv təlim proqramında uĢağın hərtərəfli inkiĢafı dəstəklənir. Predmet 
və bacarıq, o cümlədən inkiĢaf konsepsiyası uĢaqların materiallar, öz 
yaĢıdları və yaĢlılarla qarĢılıqlı münasibətlərinə sirayət edir. 
UĢağın böyüməsi və inkiĢafının, o cümlədən birinci və ikinci 
dilin inkiĢafı, ən müxtəlif bacarıq və qabiliyyətə malik öyrətmə tədris 


132 
üzərinə vurğunun salınması azyaĢlı uĢaqların təlim və tərbiyəsində 
planlaĢdırma, həyata keçirmə və müəyyənləĢdirmənin əsasını təĢkil edir. 
Oyun azyaĢlı uĢaqların həyatında vacib komponentlərdən 
biridir və o, uĢağın yiyələnəcəyi biliyin generatoru rolunu oynayır. 
Oyun vasitəsilə uĢaqlar düĢünmə, mühakimə yürütmə, problemi həll 
etmə, habelə dilə yiyələnmə vərdiĢlərini inkiĢaf etdirməklə yanaĢı bir 
çox vacib sosial, emosional və fiziki vərdiĢ və qabiliyyətlərə 
yiyələnirlər.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin