Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının


Sosial və emosional inkişafa təkan verən təlim fəaliyyətləri



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə54/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   84
Loqopediya (Mühazirələr)

Sosial və emosional inkişafa təkan verən təlim fəaliyyətləri
UĢağın emosional və sosial inkiĢafına kömək iĢində müəllimin ən 
əhəmiyyətli rolu konkret davranıĢ tipinin modelləĢdirilməsindədir. Bu iĢ 
fasiləsiz olaraq aparılmalıdır. Digər uĢaqlara hörmət edilməsi, onlarla 
əməkdaĢlığın aparılması, kompromislərə gedilməsi və emosiyaların 
büruzə verilməsi müəllimin sinifdə dostluq kollektivi yaratmasına 
imkan verən modellərdir. UĢaqlar müəllimin göstərdiyi nümunəyə əməl 
edəcək və sinifdə yaradılan mühitə uyğunlaĢacaqlar. YaxĢı nümunənin 
yaradılması açar rolunu oynayır. Müəllimin bütün hərəkətləri açıq və 
aydın olmalıdır ki, uĢaqlar bundan dərhal nəticə çıxara bilsinlər.
Sosial və emosional vərdiĢlər yalnız gün ərzində müəyyən 
müddətlərdə tədris edilməməlidir. Onlar hər bir dəqiqədə öyrədilməli və 
gücləndirilməlidir. Bu vərdiĢlər gücləndirmək və sosial tədris 
proqramını həyata keçirmək məqsədilə meydana çıxan hər hansı 
təsadüfdən istifadə etməyə çalıĢ.


154 
Müəllim tərəfindən istifadə edilən sual vermə texnikası uĢaqlarla 
qarĢılıqlı münasibətə girmək üçün misilsiz vasitədir. Müvafiq Ģəkildə 
həyata keçirildiyi halda sual vermə uĢağa bu və ya digər məsələni daha 
aydın Ģəkildə baĢa düĢməyə imkan yaradacaqdır. Bu proses həyata 
keçirilərkən müəllim həm də uĢabın ehtiyacları əlavə məlumatlar 
qazanacaqdır.
Özünütanıma və özünüdəyərləndirmə 
Uşağa özünü, ailəsini və daxil olduğu mədəni şəraiti təsvir 
etməklə yardım et.
 Rolların oynanılması iĢində oğlanın, yaxud qızın kuklasından 
istifadə et. 
 Dramatik oyun mərkəzində uĢaqlara rolları bölmək iĢində 
müstəqillik ver. lazım olduğu halda hər hansı bir fəaliyyət növü ilə 
məĢğul olmaqda onları həvəsləndirmək məqsədilə uĢaqlara spesifik 
suallar ver: «Səhər çağı məktəbə gəlmək üçün ilk əvvəl nə edirsən? 
Yatağa girməmişdən əvvəl nə edirsən?» Spesifik əĢyaların 
adlandırılması uĢaqlara ətraf aləmin öyrənilməsində yardım göstərir.
 «Hər Ģey mənim haqqında» (məktəbdə və evdə ən sevimli 
əyləncə növləri yemək növləri və rənglər, dostlar və s.) və «Mənim 
ailəm» (ailə üzvləri, yaxud ailənin bazar günü məĢğul olduğu fəaliyyət 
növü) kimi fərdi, yaxud sinif kitablarının təĢkil edilməsi.
UĢaqlara özlərinə və digərlərinə qarĢı müsbət münasibət nümayiĢ 
etdirməkdə kömək et. 
Avtoportretin yaradılması. 
 Üzərində bədən hissələri çəkilmiĢ kağız parçalarının 
birləĢdirilməsi. 

Diqqəti bədən hissələrinə yönəldən mahnı və oyunların 
yaradılması və bu yolla uĢaqda müsbət ideyalara meylin artırılması: 
«Sən özün haqqında nə fikirləĢirsən». 
 Bayram ənənəsini nümayiĢ etdirmək məqsədilə musiqidən 
istifadə edilməsi: «Bu mahnını bilirsənmi? Bu mahnı ailədə oxuduğunuz 
mahnının eynidir, yaxud ondan fərqlidir?» 
 Səhər çağı elə etmək lazımdır ki, uĢaq yavaĢ-yavaĢ valideynin 
müĢayiəti olmadan yoluna davam edə bilsin. Valideyn və uĢaq hər səhər 
ayrılmazdan əvvəl birlikdə kitab oxuya bilər, yaxud Ģəkil çəkə bilər. 


155 
Bəzən yola düĢməzdən qabaq bu, ev iĢlərinin paltarların asılması, hər bir 
fəaliyyətin seçilməsi və s. birlikdə görülməsi ilə müĢayiət oluna bilər. 
 UĢaq valideyn üçün Ģəkil çəkə bilər və günün sonunda evə 
aparmaq üçün məktub yaza bilər. 

UĢağa zamanın, müddətin nədən ibarət olmasını öyrətmək üçün 
təqribən belə demək olar. «Anan sənin yanında getməmiĢdən qabaq on 
dəqiqə qalacaqdır».
 UĢağın cədvəl dəqiq Ģəkildə bilməyinə əmin ol və valideynin 
onu aparmağa vaxtında gəlməsini təmin et. Lazım olduqda, uĢağa 
cədvəlin tutulmasında köməklik göstər. 
 UĢaq evdən oyuncağı, yaxud digər Ģeyləri gətirdikdə, heç bir 
maneçilik törətmək lazım deyildir. Lazım olduqda uĢaq ailəsinin 
fotosunu cibində gəzdirə bilər və gün ərzində istədiyi vaxt cibindən 
çıxarıb o Ģəklə baxa bilər.
 Müəllim valideyni, yaxud digər yaĢlı Ģəxsi inandırmaq üçün 
münasib informasiyaya malik olmalıdır.
 Bəzi uĢaqlar məktəbdə dostlarının olub-olmayacağı ilə 
maraqlanırlar- sadəcə bir yerdə, oturmaq, oynamaq və s. üçün.

UĢağın Ģəkil çəkmək, yaxud Ģəkilləri kəsmək fəaliyyətindən 
hansını xoĢladığını bilərək, buna müvafiq fəaliyyət növlərini, rəngi, 
yeməyi seçin və Ģəkillərdən kollag yaradın.
Özünəinamın yaradılması 
 Kağız qutunun düzəldilməsi. Ġstənilən vaxt uĢaq hər hansı yeni 
vərdiĢ və ya bacarığı öyrənir, yaxud sinifdə müəyyən bir uğur qazanır, 
bütün bunları, zolaqlı kağızın üzərinə qeyd edərək onları bir-birinə 
sancaqlamaq lazımdır.
 «Emosiya müqəvvaları»nı yarat. UĢaqlar müvafiq müqəvva 
sifətindən öz emosiyalarını ifadə etməkdə çətinlik çəkdikləri zaman 
istifadə edə və onları göstərə bilərlər.
 Müəllim gün ərzində «emoosiya etiketlərindən» istifadə edə 
bilər və gün ərzində .zünü necə hiss etdiyini bu yolla büruzə verə bilər. 
UĢaq da hissiyatını büruzə verə bilmədikdə, belə emosiya etiketlərindən 
istifadə edə bilər və nəticə etibarilə müəllim hansı konkret problemin 
olduğunu müəyyənləĢdirəcək. 
 Tapmaca oyunundan istifadə et, məsələn «Bu kimin səsidir?» 
bu oyunda uĢaq gizlənir və digər uĢaq səs eĢitməklə kimin gizləndiyini 
tapmalıdır. Hansı səsdən Ģən, qəmgin, yaxud qorxulu səsdən istifadə 
edilməsi haqqında spesifik göstəriĢlər ver.


156 
 Ġndividual uĢaq üçün kitablar, yaxud emosiyalar haqqında sinif 
kitabını hazırla.
Yaşa uyğun oyunların oynanılması. 
 ĠnkiĢaf baxımından uyğun gələn oyun fəaliyyətinin təmin 
edilməsi. AzyaĢlı uĢaqlar tək, yaxud heç bir ünsiyyətə girmədən 
uĢaqlarla oynaya bilər. UĢaq yetkinləĢdikcə, onlar digər uĢaqlarla oyun 
fəaliyyətinə cəlb olunacaqdır və burada hər bir Ģəxsin üzərinə hansı 
vəzifələrin düĢdüyü müəyyənləĢəcəkdir (dramatik oyunda rolların 
müəyyənləĢdirilməsi kimi).
 UĢağın inkiĢafını, yaxud artımını əks etdirən fəaliyyətdən və 
manipulyasiyadan istifadə et – deyək ki, Duplos və Leqos üçün: qrup 
daxilində partnyorla xüsusi rəqsin oynanılması; yaxud düyməni və 
zəncirli paltarların geyindirilib soyundurulması. 
Oyunda və uşağın öz tay-tuşu ilə qarşılıqlı münasibətində 
əməkdaşlığın yaranması. 
 Fəaliyyət növləri uĢaqların inkiĢaf səviyyələri ilə 
uyğunlaĢmalıdır. AzyaĢlı uĢaqlar digər uĢaqlarla ünsiyyət prosesində 
dildən istifadəyə hazır olmaya bilərlər, ancaq bu zaman nisbətən yaĢlı 
uĢaqlar öz fikirlərini ifadə etmək üçün sözlərdən istifadə edə bilirlər.
 AzyaĢlı uĢaqlar üçün nəzərdə tutulan fəaliyyət növlərinəoyun 
üçün lazım olan qənaətbəxĢ atributlar (məsələn, bir kukla, yaxud 
dramatik oyunda hər bir Ģəxs üçün müvafiq bir əĢya) daxildir. UĢaq 
yetkinləĢdikcə, o, bu atributlardan istifadə etməyə uyğunlaĢır.
 UĢaq tək oynayırsa və qrup daxilində oynamağa çətinlik çəkirsə, 
«Bu gün kiminlə oynamaq istərdim?» tipli suallar verə bilərsən. Sonra 
bu uĢağın əlindən tutub digər uĢaqların yanına gətir. «Con bu gün 
səninlə dost olmaq istərdi. O, səninlə oyun oynamaq istəyir. Xahiş 
edirəm, elə et ki, onun heç bir çətinliyi olmasın.» 
 Oyuncaqların bölüĢdürülməsində narahatlıq yarandıqda, 
müvafiq əməliyyatı sözlə təkrar-təkrar izah et. «Ġndi Bobun növbəsidir». 
O, oyunu qurtardıqda, öz yerini sənə verəcəkdir.» Sonra siz Bobun bir 
daha yadına salmalısınız ki, onun növbəsi qurtarır və bu halda o, öz 
yerini digər uĢağa verməlidir.
 UĢaqlar materialları növbə ilə götürməkdə çətinlik çəkdikdə, 
proses getdiyi zaman onlara müvafiq izahat iĢini apar. Ġki uĢağı bir 
yerdə oyunda iĢtirak etməyə həvəsləndir (növbə gözləmək əvəzinə 
ikilikdə oxumaq), yaxud onları öz ehtiyaclarına uyğunlaĢdırmaq üçün 
qaydaları yaxĢı mənimsəmək üçün həvəsləndirmək.


157 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin