Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının


DİLİN İNKİŞAFI ÜÇÜN ŞƏRAİTİN YARADILMASI



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə56/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   84
Loqopediya (Mühazirələr)

DİLİN İNKİŞAFI ÜÇÜN ŞƏRAİTİN YARADILMASI 
 
Fəslin məzmunu 
 AzyaĢlı uĢaqda dilin və savadlılığın inkiĢafı. 
 Sinifdə dilin inkiĢafı üçün Ģəraitin yaradılması. 
 Dilin inkiĢafı və qüsurlu uĢaqlar. 
 Dilin inkiĢafına səbəb olan fəaliyyət növləri. 
Azyaşlı uşaqda dilin və savadlılığın inkişafı 
Dilin baĢa düĢülməsi və ondan istifadə bizim əksəriyyətimiz üçün 
səciyyəvi olan xüsusiyyətdir. Biz öz fikirlərimizi səfərbər etmək və 
ünsiyyətə girmək məqsədilə, o cümlədən digərləri ilə danıĢmaq üçün 
dildən istifadə edirik. Dil bizə sosial varlıq olmaq, özümüzü ifadə etmək 
imkanı verir və o, bizə ətraf aləm barədə məlumatları əldə etməkdə 
yardımçı olur. UĢaqlar dili mənimsəməkdə gecikdikdə, yaxud müvafiq 
qüsurlara malik olduqda, o, baĢqa sözlə desək, günbəgün dəyiĢilən 
dünyada çox böyük bir risqin qarĢısında durmuĢ olur.
Oxuma və yazma kimi erkən vərdiĢlərin əsasının qoyulmasında 
dil çox mühüm funksiyalardan birini yerinə yetirir. Bu mənada dilin 
müvafiq vərdiĢlərinə yiyələnmə uĢağın qulaq asma və oxuma yolu ilə 
qəbul etdiyi dilə istinad edir. Ekspressiv dil uĢağın öx Ģəxsi danıĢma və 
yazma prosesində istifadə etdiyi alətdir. Hər bir uĢağın dil vərdiĢlərini 
müĢahidə etməklə, biz uĢağın iĢlətdiyi dillə onu əhatə edən dil 
arasındakı qarĢılıqlı asılılığı anlayırıq.
Dil müxtəlif formalarda meydana çıxır: Ģifahi nitq (qulaq asma və 
danıĢma), oxuma və yazma. Bütün bu hissələr bütöv bir dil sisteminin 
ayrılmaz hissəsidir. Qulaq asma prosesində qazanılan təcrübələr 
danıĢmağa təkan verir (Lerner, 1988). DanıĢmaq qabiliyyəti yalnız 
individual qulaq asma bacarığından asılı deyildir. Həm qulaq asma, həm 
də danıĢma arasındakı daxili əlaqə danıĢıq formasını alan bir amildir. 
Məsələn, uĢaq valideynlərinin danıĢıq ədasını gündəlik eĢitməklə 
danıĢıq nümunələrini əldə etmiĢ olur.
Qulaq asma elə bir vərdiĢdir ki, xüsusi təlimat olmadan spontan 
Ģəkildə meydana çıxır, bəzi uĢaqlar funksional qulaq asma vərdiĢlərini 
özləri mənimsəyə bilmirlər. Reseptiv dilə sənaların yaradılması və 
qarĢılıqlı münasibətələrə uyğun olaraq məlumatın təĢkil edilməsi 
deməkdir. Bundan əlavə olaraq kimsə məlumatı dəyərləndirir və orada 
mövcud olan ideyanın qəbul edilməsini, yaxud imtina edilməsini 


160 
müəyyənləĢdirir. Qulaq asma bütün dil inkiĢafının özülüdür. Belə ki, 
dinləmə vərdiĢləri zəif olan uĢaq ünsiyyət prosesində Ģübhəsiz ki, böyük 
çətinliklərlə rastlaĢacaqdır. Tədqiqatlar vasitəsilə bizə məlumdur ki, 
müəllimlər uĢağın dinləmə qabiliyyətini, müvafiq fəaliyyət növlərini və 
təcrübəni həyata keçirməklə inkiĢaf etdirə bilərlər.
Ekspressiv dil, yaxud danıĢma doğuĢ zamanı qıĢqırıqla müĢayiət 
olunur. UĢağın həyatının ilk doqquz ayı ərzində qığıltı, müxtəlif səslər 
çıxartma hadisəsi baĢ verir. Bu dövrdə uĢaqlar müxtəlif səslər 
çıxartmağa çox meyilli olurlar. Dil baxımından problemləri olan uĢaqlar 
Ģübhəsiz ki, bu fəaliyyət növləri ilə məĢğul olmaqdan çəkinəcəklərö 
müəllimlər və valideynlər bu uĢaqlara Ģifahi oyun fəaliyyətlərini təklif 
etməlidirlər.
Təqribən doqquz aylıqda uĢaqlar nitqin «jarqon» adlanan yeni bir 
mərhələsinə daxil olurlar. Onlar ətraflarında olan ritm və intonasiya 
nümunələrini təqlid etməyə baĢlayırlar. UĢaqlar, öz dil sistemlərinə 
daxil olan səsləri çıxarır və hələ də sözlərdən istifadə edə bilmirlər. Bir 
sözdən iki qısa sözü iĢlətməyə doğru inkiĢaf edən uĢağın sosial dil 
inkiĢafı zaman keçdikcə daha da formalaĢır. Üç yaĢa çatdıqda, uĢağın 
sözlüyü sürətlə artır, zənginləĢir və uĢaq mürəkkəb cümlələrdən istifadə 
etməklə danıĢa bilir.
UĢağın dil inkiĢafını müĢahidə etməklə, tədqiqatçılar uĢaqların 
doğulduqları zamandan etibarən nitqə tam Ģəkildə yiyələndiklərinə kimi 
müvafiq mərhələləri qeyd etmiĢlər. Nitq qüsurları olan uĢaqlar normal 
dil inkiĢafı modelinə riayət etmirlər. Bəzi uĢaqlar xüsusi səsləri 
çıxarmaqda çətinlik çəkirlər; digər uĢaqlar isə sözləri yadda saxlaya 
bilmir və cümlə düzəldə bilmirlər. Müəllimlər uĢaqlara gündəlik 
fürsətlərdən istifadə edib, nitq sözlüyünü tərtib etməkdə kömək edirlər, 
bunun üçün onlar nitq vərdiĢlərinin aĢılanmasını nəzərdə tutan fəaliyyət 
növlərini təĢkil edirlər.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin