Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə71/84
tarix30.03.2023
ölçüsü1,56 Mb.
#124581
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   84
Loqopediya (Mühazirələr)

Əqli geriləmə 
 
Anlayışın tərifi 
Əqli geriləməyə malik olan fərdlər funksionallıq baxımından orta 
səviyyədə aĢağı inkiĢaf edən və öyrənmə iĢiendə, habelə sosial mühitdə 
çətinliklərlə rastlaĢan Ģəxslərdir. Əqli geriləmənin texniki baxımından 
təyin edilməsinə aĢağıdakılar daxildir:
 UĢağın intellektual baxımından aĢağı səviyyədə inkiĢaf etməsi; 
 ĠnkiĢaf dövründə özünü nümayiĢ etdirən və uĢağın təlim 
fəaliyyətinə, habelə gündəlik həyatdakı davranıĢına, ünsiyyət, sosial, 
tədris və müstəqil Ģəkildə yaĢama vərdiĢlərinə mənfi təsir göstərən 
davranıĢınja qüsurların davamlılıq xarakterinə malik olması; 
 Təfəkkür testləri vasitəsilə ümumi əqli funksionallığın qüsura 
malik olması, belə Ģəxslər aparılan testlərdə yetmiĢ və ya ondan aĢağı 
bal toplayırlar.
Əqli geriləmə xəstəlik deyildir, onu əqli xəstəliklərlə qarıĢıq 
salmaq lazım deyildir. Əqli geriləməyə malik olan uĢaqlar da böyüyüb 
yaĢlaĢırlar; onlar əbədi olaraq uĢaq yaĢında və ağlında qalmırlar. Ləng 
Ģəkildə və çətinliklə olsa da, onlar da öyrənirlər.
Əqli geriləməyə malik olan uĢaqların böyük əksəriyyətində 
xromosom anormallığına rast gəlinir. Digər bioloji faktorlara 
aĢağıdakılar daxildir: 
 Asfiksiya, yaxud nəfəs alma prosesində oksigen çatıĢmazlığı, 
qanun tərkibində müxtəlif problemlərin yaranması. 
 Hamiləlik dövründə ananın bətnində müxtəlif infeksiyaların 
olması. 
 qəbul edilən dərmanların mənfi təsiri.
Xüsusiyyətləri
Müxtəlif tədqiqatçılar razılaĢır ki, əqli geriləməyə malik olan 
fərdlər, bu problemləri olmayan fərdlər kimi ləng də olsa, eyni yolu 
keçirlər. Digər tədqiqatçılar elə hesab edirlər ki, əqli geriləməyə malik 
olan Ģəxslər diqqət, qavrayıĢ və yaxud yaddaĢ kimi xüsusi sahələrdə 
problemlərə malik olurlar. Qüsurun yümĢaq, orta, ciddi, yaxud dərin 
olmasından asılı olaraq əqli geriləmə probleminə malik olan Ģəxslər 
tədris, sosial və digər vərdiĢlər sahəsində fərdi xüsusiyyətlərə 
malikdirlər.


184 
Əqli geriləmə probleminə malik olan fərdlərə təlim prosesini 
keçərkən, aĢağıdakıları nəzərə almaq vacibdir: 
 Maraqlı olan, yaĢa uyğun gələn və bilavasitə tələbə ilə bağlı 
olan konkret materiallardan istifadə olunması. 
 Məlumat və təlimatın kiçik və ardıcıl mərhələlərdə verilməsi. 
 Bu zaman əks əlaqə prinsipinə diqqət yetirilməsi. 
 Yadda saxlamaq lazımdır ki, heç bir göstəriĢ olmadan fərdlərin 
öyrəndiyi iĢlər qruplaĢdırılması, kiçik mərhələ və seqmentlərə bölünməli 
və hər bir fraqment diqqətlə tədris edilməlidir. 
 UĢağın tez-tez həm çöldə, həm də məktəbdə tətbiq etdiyi 
vərdiĢlərə əsaslanmalı. 
Əqli geriləmə probleminə malik olan uĢaqlar və yaĢlı Ģəxslər 
normal inkiĢaf üçün bütün Ģəxslərin tələb etdiyi əsas xidmətləri tələb 
edirlər. Buraya təlim, səhiyyə xidmətləri və digər xidmətlər daxildir. 
Bundan əlavə bir çox əqli geriləmə problemi ilə üzləĢən fərdlər xüsusi 
xidmət göstərilməsinə möhtacdırlar. Bu xidmətlərə diaqnostika və 
qiymətləndirmə xidmətləri və məktəbəqədərki dövrdə ibtidai və orta 
məktəb illərinə qədər davam edən müxtəlif tədris xidmətləri daxildir. 
Tədris tərbiyə proqramlarına yaĢa müvafiq fəaliyyət növləri daxil 
edilməlidir. Müstəqil Ģəkildə yaĢamaq və fəaliyyət göstərmək üçün 
istənilən imkandan istifadə etməkdə məktəbdə iĢ sahəsinə keçidi 
planlaĢdırmaq üçün müvafiq qayğı göstərilməlidir.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin