28
- işçi hesablar planının formalaşdırılması;
- mühasibat uçotu formalarının seçilməsi;
- əsas vəsaitlər və qeyri-maddi aktivlərin amortizasiyası üzrə köhnəlmə
hesablanması metodlarının seçilməsi;
- İstehsal ehtiyatlarının uçot metodlarının seçimi - faktiki maya
dəyəri ilə,
hesabaalma qiymətləri üzrə; İstehsal üçün xərclərin silinməsi üsulu;
- İstifadə olunmuş istehsal ehtiyatları, bitməmiş istehsal, hazır məhsulların
qiymətləndirilməsi metodlarının seçilməsi;
- analitik uçotun informasiya-məlumat sisteminin sazlanması;
- tipik əməliyyatların və mühasibat müxabirləşmələrinin sazlanması;
- ilkin uçot sənədlərinin tipik formalarınınsazlanması;
- standart hesabatların (xarici və daxili) sazlanması;
- mühasibat uçotunun beynəlxalq standartların tələblərinin həyata keçirilməsi.
Mühasibat uçotunun informasiya texnologiyaları:
- mühasibat uçotunun İS-nin aparat və proqram təminatı;
- proqram kompleksinin informasiya-texnoloji arxitekturası;
- proqram kompleksinin modul arxitekturası;
- proqram modullarının avtonom olaraq istifadə imkanı;
- mühasibat uçotu İS –nin konfiqurator funksional strukturu;
- məlumat bazasının strukturu, VB xarakteristikası;
- İS və VB -nın qorunması funksiyalarını;
- VB –nın adminstrasiyası;
- digər İS ilə ilə qarşılıqlı əlaqələrin yaradılması;
- layihələşdirmə texnologiyası, tətbiqi və müşayiəti;
- personalın İS ilə işləmə səviyyəsinə tələbat;
Aparılan qeyri-rəsmi sorğu əsasında Respublikada mühasibat uçotunun
aparılmasında kompüter texxnologiyasından istifadəyə görə vergi ödəyicilərini dörd
qrupa bölmək olar:
Birinci qrupa vergi ödəyiciləri əsasən kiçik və bir sıra
orta müəssisələrdə,
xüsusilədə, əmək haqqı və anbarın uçotu “Excel” cədvəl prosessorundan istifadə
29
olunmaqla aparılır. Adətən bu müəssisələrdə mühasibatlığın informasiya tutumu
böyük olmur. Bu tip təşkilatlara mağazaları, ictimayi iaişə obyektlərini,
müxtəlif
xidmət sahələrini göstərmək olar.
İkinci qrupa müəyyən təşkilatın iş spesifikasiyasına uyğun sifariş olunan
proqramlar əsasında işləyən və ya müəyyən sahə üçün hazırlanmış mövcud
proqramlardan istifadə edənlər aiddir. Bu proqramlara restoranlar, müxtəlif ticarət və
iaiçə obyektləri üçün hazırlanmış proqramları göstərmək olar.
Üçüncü grupa xüsusilədə korporativ şəbəkələrdə
istifadə olunan proqram
paketlərini qeyd etmək olar. Bu proqramlardan SAP (məsələn, Azərbaycan Dövlət
Neft Şirkətində), SUN (məsələn, Azpetrol şirkətində).
Dördüncü qrupa respublikada ən çox istifadə olunan “1C”, “AzMühasib”,
“Günəş” proqramlarını aid etmək olar. Bu proqramlar üzərində bir qədər dayanaq.
Dostları ilə paylaş: